"Bilsin ana torpaq, eşitsin vətən! Müsəlləh əsgərəm mən də bu gündən" - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1805
Səs ver:
(səs: 0)
Müharibə dağıntı, fəlakət, ölkələrin inkişafdan qalması deməkdir. Döyüş meydanında atılan güllələr ölüm saçır, günahsız insanlann, bizim əzizlərimizin həyatına son qoyur. Buna görə də mən müharibələrə, silaha nifrət edirəm. Arzum budur ki, başımızın üstündə tüstü yox, aydın səma olsun, göy üzündə döyüş təyyarələri, qırıcı raketlər yox, sülh göyərçinləri uçsun...

Fəqət mənim gənclik taleyimə müharibə yazılıb. Neçə illərdir ki, məmləkətimiz tarixin sərt sınağı ilə üz-üzə dayanıb. Bədnam qonşulanmız ermənilər tərəfindən 1988-ci ildən bəri zorla sürükləndiyimiz Dağlıq Qarabağ müharibəsi candan-qandan əziz sandığımız gözəl Vətənimizə bir sıra məhrumiyyətlər gətirib, xalqımız çox böyük çətinliklərlə üzləşib. Düşmən ordusu xarici havadarlannın köməyi ilə ərazilərimizin 20 faizini işğal edib, əzəli Azərbaycan torpaqları olan Ermənistandan, Dağlıq Qarabağdan və onun ətrafındakı bölgələrdən bir milyondan artıq soydaşımız doğma ev-eşiklərindən didərgin salınıb. İndi onlar ağır qaçqınlıq taleyi yaşayırlar. Elan olunmamış bu müharibə 20 min həmvətənlimizin həyatına son qoyub, 10 min soydaşımız müxtəlif dərəcəli əlillik qazanıb. İşğal altında qalan kəndlərin, şəhərlərin, mədəniyyət abidələrinin dağıdılaraq yerləyeksan edilməsini, təbii sərvətlərimizin talanmasını da bura əlavə etsək, ermənilərin məmləkətimizə qarşı başladıqları müharibənin acı fəsadlarının, rnəruz qaldığımız itkilərin miqyası barədə konkret təsəwür yaranar.

Bunlar yalnız elan olunmamış son müharibənin gətirdiyi fəlakətlərdir. Tarixə nəzər saldıqda isə biz bədnam qonşularımızın törətdikləri başqa qanlı hadisələrin şahidi oluruq. Ermənilər tarix boyu Azərbaycana qarşı həmişə düşmən mövqeyi tutmuş, indiki Ermənistan adlanan ərazidə etnik təmizləmə siyasəti yürüdərək azərbaycanlıları son nəfərədək bu torpaqlardan zorla qovmuşlar. Onlar tərəfindən ötən yüzilliyin 1905-1907, 1918-1920, 1937-1940, 1948-1953-cü illərində xalqımıza qarşı əsl soyqırım məqsədli deportasiya siyasəti həyata keçirilmişdir.

Xalqı belə acı tale yaşayan, zaman-zaman haqsızlıqla üzləşən, torpaq itirən bir məmləkətin övladı tarixin ədalətsizliklərinə biganə qala bilərmi? Tez-tez özüm-özümü sual-cavaba tuturam: yurdumuz yağmalanıb, xain düşmən əcdadlarımızın ruhu dolaşan, qəbirləri uyuyan torpaqlarımızda at oynadır. Belə vəziyyətdə bizim yer üzündə arxayın gəzməyə mənəvi haqqımız varmı? Əsla!

Bilsin ana torpaq, eşitsin Vətən!
Müsəlləh əsgərəm mən də bu gündən.

Böyük şairimiz Səməd Vurğunun «Vətən keşiyində» şeirindən götürülən yuxarıdakı misralar sanki bu gün üçün yazılıb. Yurd yerlərimizin - Göyçənin, Zəngəzurun, Ağrıdağın həsrəti içimizdə qövr edir, bizi yandırıbyaxır. Nə qədər ki, musiqimizin beşiyi Şuşaya əlimiz, ünümüz çatmır, nə qədər ki, təbiətin incisi Kəlbəcər, igidlər məskəni Laçın, Qubadlı, Ağdam düşmən tapdağındadır yatağımıza qor dolacaq, yuxumuz ərşə çəkiləcək. Nə qədər ki, bir gecənin içində 800 nəfər soydaşımızın həyatına amansızcasına son qoyan Xocalı faciəsinin qisası alınmayıb, nə qədər ki, əli xalqımızın qanına batan köçəryanlar, balayanlar, aqanbekyanlar sağdırlar, törətdikləri cinayətlərə görə layiqli cəzalarına çatmayıblar, nə qədər ki, Xankəndində üçrəngli bayrağımız dalğalanmır, mən Vətənimin, xalqımın qarşısında özümü borclu sanacağam.

Belə düşünən tək mən deyiləm. Həmyaşıdlarım, dostlarım arasında bu əqidə ilə yaşayanlar çox, lap çoxdur. Biz bilirik ki, ermənilər Dağlıq Qarabağı, onun ətrafındakı bölgələri xarici havadarlarının köməyi ilə qeyribərabər döyüşlərdə işğal altına almağa müvəffəq olmuşlar. Bu ədalətsizlik nə qədər çəkəcək? «Qisas qiyamətə qalmaz» deyib babalarımız. Xalqımızın iradəsini düşmənə göstərmək, onu vurub sərhədlərimizdən kənara at-maq vaxtı yetişib. Bu çətin, fəqət şərəfli missiyanı bizim nəsil yerinə yetirəcəkdir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1805
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri