Bilik və müdriklik insanı bəzər (2) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 3 057
Səs ver:
(səs: 1)
Bilik insanın və cəmiyyətin həyatında mühüm bir rol oynayır. Əbəs yerə sentyabrın birini bilik günü kimi təyin etməmişlər. Biliksiz cəmiyyət deqradasiyaya məruz qalır, inkişaf etmək əvəzinə geriləyir və məhvə düçar olur. Hal-hazırda XXI əsrdə biz kompyutersiz, internetsiz, müasir tibbi ləvazimatsız keçinə bilmərik. Bunlar olmasaydı kosmik gəmiləri düzəltmək, ürək və gözlərdə əməliyyat aparmaq mümkün olmazdı.

Yüksəksürətli qatarlarda, gözəl metroda, ağıllı və bilikli insanların sayəsində meydana çıxmışdır. Bilik və müdriklik hər zaman yanaşı addımlayırlar. Yüksək ali savada malik olan insan hər zaman müdrik məsləhət verər və müdrikcəsinə hərəkət edər.

Mənən elə gəlir ki, bilik və müdriklik insanın zinətidir.

Stanislav Fyodorov, Paşa Qəlbinur kimi məşhur oftamoloqlar minlərlə xəstəyə görmə qabiliyyətlərini qaytarmışlar. Buna görə onların pasiyentləri hər zaman onlara minnətdardırlar. Onlar öz əməlləri ilə ölkələrini tanıtmışlar və çoxlu oftamoloq yetişdirmişlər. Belə insanlar bəşəriyyətə kifayət qədir xeyir gətirən insanlardır.

Məşhur konstruktor S.Korolyov öz ağlı və bilikləri ilə kosmik gəmi yaratdı. O, gecə və gündüz yorulmaq bilmədən çalışırdı. Onun gəmisində ilk uçan insan, ilk kosmonavt Yuri Qaqarin oldu.

Həmçinin öz elmi, bilikləri və müdrikliyi ilə insanlara xeyir gətirən məşhur həkimlər - kardioloq Renat Akçurin və David Debeyki də var.

Həkim cərrah Topçubaşov yüzlərlə insanı əməliyyat edərək onları yenidən həyata qaytarmışdı.

Elm öyrənməkdə gərək çox inadlı və qətiyyətli insan olmaq lazımdır, çünki biliksiz yaşamaq mümkün deyil.

Vaxt gələcək Yer kürəsində müharibələr bitəcək, nüvə silahları, kimyəvi bombalar (bunlarda insan zəkasının məhsuludur) məhv ediləcək və bütün vasitələr bəşəriyyətin xeyrinə istifadə ediləcək. Hər şey kompyuterləşdiriləcək. Bu ki, çox möhtəşəm bir şeydir! Təsəvvür edin, kompyuterlə məktub yazmaq, imtahan vermək.

Peyğəmbərimiz Həzrət Məhəmməd (s) buyurmuşdur ki, elm öyrənin və hətta, Çində belə olsa elmin dalınca gedin. Biz gərək elmi biliklərimizi daha dərindən mənimsəyək ki, öz peşəmizin güclü mütəxəssisinə çevrilək, çünki respublikamızın gələcək rifahı bizim əlimizdədir.

Burada N.Nekrasovun müəllimlər haqqında söylədiklərini yada salmaq çox yaxşı olardı: «Xeyirxahlıq, əbədiyyət və bilik əkin». Mən öz müəllimlərimin hamısına onların zəhmətinə görə, verdikləri biliklərə görə çox minnətdaram. Bilik vermək heç zaman asan bir məsələ olmayıb. Bu iş insandan çox əziyyət istəyən, güclü iradə, oturmaq qabiliyyəti və məqsədə çatmaq qətiyyəti tələb edən şərəfli bir peşədir.

Mən müdrikliklə dolu ağıllı insanlarla, xüsusən yaşlı kəsimlə söhbətləşməyi çox sevirəm. Ürəyiniz istəyən mövzularda onlarla söhbətləşmək olar. Anarın yazdığı «Mənim Kitabi-Dədə Qorqudumw kitabının baş qəhrəmanlarından biri də müdrik Qorqudun özü idi. Bütün insanların hamısı müdrik məsləhətlər almaq üçün məhz onun yanına gəlirlər. O hər zaman bütün insanları, məxsusilə xanlan sülalələr arası müharibəni dayandırmağa və ümumi düşmən əleyhinə birləşməyə çağırırdı. Beləliklə, bilik və müdriklik insanı bəzəyir.

Biz gərək M.Qorkinin verdiyi məsləhətlərə riayət edək. O, deyirdi: «Hər zaman oxumaq, hər şeyi bilmək üçün nə qədər çox bilsən bir o qədər güclü olarsan.»
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 057
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri