Doğma dilə məhəbbət olmadan, vətəni sevmək qeyri-mümkündür - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 983
Səs ver:
(səs: 0)
Vətənə olan sevginin və vətənpərvərliyin sirri, insanın öz ölkəsinə və xalqına etdiyi xeyirli işlərdə gizlənmişdir. Çox vaxtı o, bunu hiss etmir. Lakin, bu fakt olaraq, əməlsiz və Vətənə töhfə edilmədən olunan sevgi, sevgi deyil bir sınanılmamış illüziyadır. Bu illüziyalardan biri də, doğma dilə məhəbbəti olmayan, vətən sevgisidir.

Əsl vətənpərvərliyi, doğma dilə olan diqqəti məhəbbətsiz təsəvvür etmək mümkün deyil. Biz öz dilimizin şirinliyini hiss edirik və onun gözəl və zərif məqamlarını hiss edirik. Biz artıq bilirik ki, doğma dilimiz - bizim sərvətimizdir və dünyanın heç bir dili ilə, biz öz fikir və hisslərimizin m üxtəlif çalarlarını iqrar edə bilmərik.

Azərbaycan dili - Azərbaycan Respublikasının dövlət dilidir. Bundan əlavə Azərbaycan dili dünyanın müxtəlif yerlərində yayılmışdır. Ümumi olaraq bu gözəl dildə danışan və ünsiyyət saxlayan insanların sayı 30 milyondan çoxdur.

Azərbaycan dilinin formalaşması tarixi VII-IX əsrlərə təsadüf edir. Azərbaycan dilinə aid ilk yazılı tapıntılar XIII əsrə təsadüf edilir. Bir çox dahi şair və yazıçılar öz əsərlərini Azərbaycan dilində yazıb-yaratmışlar: İmadəddin Nəsimi, Molla Pənah Vaqif, M.Ə.Sabir və s.

Türk dillər qrupundan biri olan Azərbaycan dilinə, əsrlər boyu bir çox yazıçı və alimlər böyük diqqət yetirmişlər.

Şuşada, Qubada və Şamaxıda səfərdə olan, Azərbaycan dilindən dərs alan böyük rus şairi M.Lermontov yazırdı ki, «Fransız dili Avropada böyük əhəmiyyət kəsb etdiyi kimi, Azərbaycan dili də Asiyada mühümdür». Qriboyedov, Puşkin, Lermontov və Lev Tolstoyun qafqaz mövzusuna aid əsərlərində, bir sıra Azərbaycan sözlərinin işlənməsi səbəbsiz deyil.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Azərbaycan dilinə qarşı diqqət və qayğı artdı. O, tək millətlər arasında ünsiyyət vasitəsi kimi deyil, həmçinin dövlət dili statusunu aldı.

Müasir zamanda dilimizin daha da inkişaf etməsi bizim özümüzdən asılıdır. Biz yeni minilliyə qədəm qoymuşuq və müstəqil, demokratik ölkədə yaşayırıq. Biz XXI əsrdə yaşayan nəsil, müstəqil məmləkətimizin inkişafı qüdrətli və zəngin dövlətə çevrilməsi yolunda əlimizdən gələni əsirgəməməliyik. Biz, müharibəyə və kasıbçılığa son qoymalı, güclü iqtisadiyyata malik olmalıyıq. Gələcək nəsillərin necə yaşaması yalnız bizdən asılıdır.

Bütün bunlar, doğma Azərbaycan dilinə dərindən yiyələnmək, onun daha da inkişaf edib kamilləşmə yolundan keçir. Bunları yerinə yetirən əziz millətimiz, Azərbaycanı qüdrətli və çiçəklənən dövlətə çevirəcəkdir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 983
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri