Doğma şəhərimi (kəndimi) gələcəkdə necə görmək istərdim? - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 873
Səs ver:
(səs: 0)
Mən Bakı şəhərində yaşayıram. Bakı Xəzərin sahilində yerləşir. Bakı qədim şəhərdir. Tarixçilərin fikirlərinə görə, şəhərin iki min ildən çox yaşı var. Bakı öz yeraltı sərvəti olan neftə görə dünyada daha çox ad çıxarmışdır. Şəhər zəngin mədəniyyətə malikdir. Bakıda qədim abidələr öz gözəlliyi ilə diqqəti cəlb edir. Şəhərdə çoxlu muzeylər, kitabxanalar, universitet və texnikumlar var.

Xəzər dənizi şəhərə xüsusi gözəllik verir. Dənizin sahilində salınmış «Milli Park» insanların istirahət və əyləncəsini təmin edir. Bakı gündən-günə böyüyür və gözəlləşir. Son illər paytaxtda keçirilən quruculuq tədbirləri, parkların və xiyabanların abadlaşdırılması, mədəniyyət ocaqlarının müasir tələblər səviyyəsində təmir edilməsi və inşası, nəqliyyat infrastrukturunun əsaslı şəkildə yenidən qurulması Bakı dünyanın inkişaf etmiş şəhərlərindən birinə çevrilməkdədir.

Şəhərdə ucaldılmış çoxmərtəbəli binalar şəhərimizə xüsusi gözəllik verir.

Mən istərdim ki, şəhərimiz gələcəkdə bundan da gözəl və diqqətçəkən olsun.

Bu il Bakıda keçirilən «Eurovision - 2012» mahnı yarışmasına ev sahibliyi etməsi bütün Avropanın diqqətini ölkəmizə yönəltdi. Bu təntənəli mərasimdə iştirak edən xarici qonaqlar, əcnəbi jurnalistlər Bakının füsunkarlığından, gözəlliyindən, şəhər əhalisinin qonaqpərvərliyindən ağızdolusu və sevinclə danışırlar. Mən arzu edərdim ki, paytaxtımız gələcəkdə də müxtəlif tədbirlərə, konfranslara, simpoziyumlara məharətlə ev sahibliyi etsin. Şəhərimiz həmişə toylu-büsatlı, qonaqlı-qaralı olsun.

Dənizkənarı parka çıxanda işıqlarla bəzənmiş şəhərimizin alışıb-yanan siması, dalğalanan üçrəngli bayrağımızın əzəmətini görəndə ürəyim qürurla dolur, düşünürəm ki, mənim belə şəhərim var, yaşamağa dəyər. Mən çiçəklənən şəhərimlə fəxr edirəm.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 873
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri