"Deyirəm vətənin bircə qış günü yaxşıdır qürbətin yüz baharından" (N.Xəzri) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 800
Səs ver:
(səs: 0)
Mənim vətənim Azərbaycandır, odlar yurdu, odlar ölkəsi olan bir diyardır, torpağı gözəl, insanları gözəl bir məmləkətdir.

Mən öz Vətənimi çox sevirəm. Vətənimin bircə qış gününü xarici ölkələrin, dövlətlərin yüz baharına dəyişmərəm. Qürbət cənnət olsa da, mənim şahım vətəndir, Azərbaycandır. Mən özümü onda tapmışam. Vətən mənim ilk və son məhəbbətim, ümidim, şöhrətim, şərəfim, sevincim və vüqarımdır. Vətən mənim səcdəgahım, and yerim, fəxarət dünyamdır. Mən onun torpağından yaranmışam, onun torpağına da qarışacağam. Onsuz mənə həyat, dirilik yoxdur.

Böyük nağıl ustası Andersenin «Gümüş pul» hekayəsini xatırlayıram:

Bir məmləkətin pulu xarici ölkəyə səfər edən birinin cibində yad məmləkətə gəlib çıxır. Pul bu ölkədə əldən-ələ keçir, saxta hesab edilir, dəyərsizləşir, heç kimə lazım olmur. Daxılda bir tərəfə atılan pul bu ölkənin xərclənən, istifadə olunan pullarına baxıb ah çəkir. Fikirləşir ki, öz ölkəsində onun dəyəri var idi, o, lazımlı idi, gərəkli idi, ondan istifadə olunurdu, burada isə onu sayan yoxdur, o, heç kimə gərəkli deyil. Yad ölkədə xərclənməyən pul xiffət şəkir, dərdə düşür və nəhayət, bir müddətdən sonra həmin pul hərlənib yenidən öz ölkəsinə qayıdanda dəyərini tapır, özünə qayıdır, xiffətdən azad olur.

Yalnız pulun deyil, həyatda hər şeyin, hər kəsin öz dəyəri var. Əşyanın da, insanın da dəyəri onun gərəkliliyi, lazımlılığı ilə ölçülür. Bu ölçünün meyarı isə Vətəndir, ana torpaqdır.

Daddımsa dünyanın hər nemətini,
Gözəl diyarlarda keçdisə ömrüm,
Dünyanın ən böyük səadətini,
Vətən torpağının ətrində gördüm.

Azərbaycan! Ata-baba ocağım, pənahım, varlığım, arxam, bəxtiyarlığım, əbədi sevincim mənim! Mənim varlığım da, dəyərim də sənsən!
Azərbaycan! Sən yer üzündə «məhəbbət», «dostluq», «günəş» sözləri ilə qoşa durursan. Sən bizim damarlarımızda ana südü ilə axıb gələn al qanımızsan. Xoşbəxtəm ki, qoynunda dil açıb danışmışam. Eşidib yazdığım ən müqəddəs kəlmələrdən biri on hərfli «Azərbaycan» olub.

Odlar yurdu - Azərbaycan! Canımsan.
Vətənimsən, vicdanımsan, qanımsan.
Heysiyyətim, duyğularım, mənliyim,
Sevincimsən, şənliyimsən, mənim sən.
Səninlədir yaşayışım, varlığım,
Yaşayıram qoynunda mən sənsən bütün varlığım!

Yaşa, çağla mənim qədimdən də qədim diyarım, yüz min illər dövran sürmüş əzəli və əbədi yurdum - Azərbaycan!
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 800
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri