Dahi şəxsiyyət - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 171
Səs ver:
(səs: 1)
«Kəssə hər kəs tökülərı qan izini,
Qurtaran dahi oduryər üzünü».
H.Cavid

İnsanların xarakterləri bir-birindən kəskin surətdə fərqlənir. Həyatda elə insanlar olur ki, onun dünyaya nə zaman gəlib, dünyadan nə zaman getməsi heç kimə məlum olmur. Belə insanlar sadəcə olaraq özləri üçün yaşayırlar. Bir az da dəqiq desək, öz ailələrinin mənafeyini hər şeydən üstün tuturlar. Onlar üçün xalq, millət, vətən anlayışları yoxdur. Onların varlığı ilə yoxluğu həyatda bilinmir.

Lakin elə insanlar da var ki, onları düşündürən nə öz şəxsi həyatları, nə də ailəsidir. Onlarxalqın, millətin, vətənin taleyini düşünürlər. Xalq üçün, vətən üçün yaşayırlar. Belə insanlar adilikdən çıxaraq şəxsiyyətə çevrilirlər. Bir ailənin, bir elin, obanın deyil, bir millətin lideri olurlar. Belə şəxsiyyətlərdən biri də Azərbaycan xalqının, bütün türk dünyasının ulu öndəri olan Heydər Əliyevdir. Bəzən mən öz-özümdun soruşuram: Heydər Əliyevi xalqa sevdirən, onu Azərbaycanın ümummilli lideri edən, ölümsüzlüyə qovuşduran nədir? Ona qarşı xalq məhəbbəti, inamı haradan yaranıb?

Onun həyat yolunu öyrənəndə bu suallara cavab tapmaq olar.

Xalqımız zaman-zaman öz müstəqilliyi uğrunda mübarizə aparmış, bəzən öz məqsədinə nail olmuş, bəzən isə müvəqqəti də olsa uğursuzluğa düçar olmuşdur. XX əsrin sonlarında tale bu xalqı bir daha sınağa çəkdi. Müstəqillik qazanan Azərbaycan səriştəsiz rəhbərlərin əlinə keçdi. Xalqın qanı bahasına əldə edilmiş müstəqillik məhv olmaq həddinə gəlib çıxdı. Azərbaycan az qala xanlıqlara parçalanırdı. Xalq xaos içərisində idi. Belə bir vaxtda bütün nəzərlər bir insanın üzərində cəmləndi. Azərbaycanı yalnız o, xilas edə bilərdi. Bu insan Heydər Əliyev idi. Sanki Ulu Tanrı onu məhz bu günlər üçün qoruyub saxlamışdır. Həmin illər bir çox Azərbaycan ziyalısı bu dahi şəxsiyyətin gücünə və nüfuzuna inanaraq ona müraciət edir. Müraciətdə deyilirdi:

«Möhtərəm Heydər Əliyev, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyə qadir olan yeganə şəxs Sizsiniz. Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübəsinə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də demək olar ki, bütün bölgələrdə aparılan ictimai rəy sorğularinin nəticələrinə və bizim təşkilat komitəsinin ünvanına daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gun rəhbərlik etməyə yeganə mütləq lider Siz ola bilərsiniz».

Çoxsaylı müraciətlər və xalqının gələcək taleyi onu yenidən siyasət meydanına gətirdi. O, həyatının qalan hissəsini də xalqina bağışladı. 1993- cü ilin iyun ayı Azərbaycanın qurtuluşu günu oldu. ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev sözun əsil mənasında, yeni Azərbaycan dövləti yaratdı. Bütün dünya bu dövləti tanıdı. Çünki bu dövlətin başında bütün dünyada mahir siyasətçi kimi tanınan bir şəxsiyyət - Heydər Əliyev durmuşdu.

Müstəqilliyimizin carçısı ülu öndər Heydər Əliyev yenicə müstəqillik qazanmış Azərbaycanı tez bir zamanda dünyaya tanıtdı. Heydər Əliyev dünyamiqyaslı mötəbər məclislərdə, siyasi görüşlərdə özünün inandırıcı, məntiqi çıxışları və heyranedici nitqi ilə nəhəng siyasətçiləri arxada qoyaraq Azərbaycan diplomatiyası tarixində uğurlu nəticələr əldə etdi. O, siyasət aləmində qətiyyətli gedişləri ilə böyük dövlət başçılarını mat qoydu.

Milyonların məhəbbətini qazanmaq hər kəsə nəsib olmur. Uzaqgörən müdrik rəhbərimiz Heydər Əliyev nəinki bütün Azərbaycan xalqının dərin məhəbbət və hörmətini qazanmış, həm də başqa xalqların xatirəsində xoş izlər qoymuşdur, 1999-cu ilin aprel ayında ABŞ-ın Klivlend şəhərində müalicə olunarkən Bakıdan, Ankaradan, Moskvadan minlərlə sadə adamların göndərdiyi məktub və teleqramlar bəlkə də ən bahalı və təsirli dərmanlardan belə daha qiymətli və şəfaverici idi.

Heydər Əliyev təhsilə xüsusi qayğı göstərirdi. O, həmişə belə deyirdi: «Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam. Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəlliminə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir».

Bu gün ölkəmizin ən ucqar kəndlərində belə müasir tipli, bütün tələblərə cavab verən məktəb binaları inşa olunub və olunmaqdadır. Belə geniş, işıqlı hər bir cəhətdən təmin olunmuş sinif otaqlarında dərs alan Azərbaycan məktəblisinin qəlbində sevgiylə, məhəbbətlə, gələcəyimizə inamla dolu bir guşə vardır. Bu, Heydər Əliyev guşəsidir.

Bu gün Heydər Əliyev cismən bizim aramızda olmasa da, mənən bizimlə yaşayır. Belə insanlar ölmür, ölümləri ilə ölümə qalib gəlirlər. Bir həqiqət var ki, o, ümummilli liderə çevrildi. Azərbaycanın hər yerində - dağında, daşında, kəndində, şəhərində Ulu öndərin izləri var. Ən əsası odıır ki, o, xalqın ürəyində yaşayır. Nə qədər Azərbaycan xalqı var, demək, Heydər Əliyev də var. Bu isə əbədidir.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 171
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri