Ey insanlar, öz torpaqlarınızı qoruyun! - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1290
Səs ver:
(səs: 0)
Hal-hazırda dünyada dörd milyona yaxın bitki və heyvan növü mövcuddur. Onların çoxusu hələ qədim zamanlardan insanlara tanış olmuş, bəziləri yeni kəşf olmuş, az bir hissəsi isə hələ müasir elmə məlum deyil. Bütün bunlara baxmayaraq, dünyanın yaranış vaxtından bu zamana kimi, mövcud olan heyvanların siyahısını qursaq, onda bu siyahı ən azı neçə yüz mindən artıq olacaqdır. Bu hələ heyanların siyahısıdır. Bundan əlavə bitkilər də var. Bəşər öz mövcudluğu dövründə o qədər böyük miqdarda kvadrat kilometr tropik cəngəlliklər, tayqalar və meşələr qırmışdır ki, bütün bunları təsəvvür etməyə xəyal çatmaz. Və az bir sayda insanlar bilirlər ki, neçə növ bitki növü bu çağa qədər izsiz aradan getmişdir.

Hal-hazırda daha çox bitki və heyvan növü yox olma təhlükəsi qarşısındadır. Bu növlərin vəziyyəti elə acınacaqlıdır ki, istənilən bir yanğın və ya digər bir təbii fəlakət onların Yer üzündəki yaşayışlarını birdəfəlik dayandıra bilərlər. Və bunlar haqqında tədqiqatı yalnız onlardan qalan sümüklər və ya digər vasitələrdən istifadə etmək olacaq. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Kitabının hal-hazırki vəziyyəti bir neçə qalın cild şəklindədir. Bu kitabdan bəzi nümunələri qeyd edirik.

XX əsrin əwəllərindən başlayaraq 50 minə yaxın heyvan və quş növü kəşf edilmişdir. Lakin həmin bu dövr ərzində yüzə yaxın digər növ, artıq Yer üzündən silinmişdir. 1960-cı ilə qədər 25 növ məməli heyvan növü yox olmuşdur. Təqribən 350 il bundan əwəl Şərqi Avropa ərazisində, ev heyvanı olan turun əcdadları yaşayırdı. Bu heyvanlar nəmli bataqlıqlaşmış meşələrdə yaşayırdılar. Onların heç bir canlı ilə düşmənçiliyi yox idi. Lakin onlara da düşmən tapıldı. Təbii ki, bu düşmən - insan idi. Polşanın kralı III Siqizmundun verdiyi mühafizə haqqında əmri isə artıq gecikmişdi. Əmr verilən zamanda yüzə yaxın tur qalmış idi. Sonuncu tur isə 1627-ci ildə məhv edildi.

İnsan acgözlüyünün qurbanlarından biri də Cənubi Afrikanın çöl düzənliyi və savannalarında yaşayan kvaqqa zebrası olmuşdur. Bu zebranın qəşəng dərisi onun başının bəlası olmuşdur. Qəddar ovçular bu nəcib heyvanı çoxlu sayda qırırdılar. Sonuncu kvaqqa 1883-cü ildə Amsterdam zooparkında ölmüşdür.

1741-ci ildə alim Qeorq Steller Komandor adaları yaxınlığında insanlara məlum olmayan, siren dəstəsinə aid olan dəniz və stellerovo inəyini kəşf etmişdir. Bu heyvanların bədbəxtçiliyı isə onların yeməli və qidalı əti olması idi. Çoxsaylı balina ovlayan gəmilər, qəddarcasına bu heyvanları ovlamağa başladılar. 1768-ci ildə sonuncu dəniz inəyini öldürdülər. Stellerova inəyi ilə insanların tanışlığı, cəmi 27 il çəkdi.

Düzdür, bəziləri deyə bilərlər ki, indiki dövrdə təbiətin mühafizəsinə dair müxtəlif tədbirlər keçirilir, bu tədbirləri həyata keçirmək üçün dövlət və beynəlxalq təşkilatlar səviyyəsində müxtəlif strukturlar yaradılmışdır. Bundan əlavə, yoxa çıxan heyvan növlərini qorumaq üçün Qrinpis kimi könüllü cəmiyyətlər vardır. Hər bir ölkədə milli parklar və qoruqlar yaradılır və fəaliyyət göstərir, bu qoruqlar, tək yox olma təhlükəsi olan heyvanların mühafizəsi ilə məşğul olmur, bununla yanaşı, floranın nadir növlərinin mühafizəsinə də xidmət edir.

Lakin burada da bir əmma var. Bunların əsaslannı qeyd edirəm. Mən inkar etmirəm ki, məsələn, ABŞ-da və ya Fransada flora və fauna qənatbəxş səviyyədə mühafizə edilir. Lakin digər ölkələrdə, məsələn Çində bu məsələyə münasibət necədir? Bu ölkənin əhalisi dünya əhalisinin 25 faizini təşkil edir və mətbuatın yazdığına əsasən, bu sahədə orada xeyli problemlər mövcuddur. Uzağa niyə gedirik, elə bizim Azərbaycanımızda, bu sahədə bir çox qanunlar qəbul olunub. Lakin nə qədər insan bu qanunlara riayət edir? Mətbuatdan və televiziyadan biz bunun cavabını görürük.

Bax belə! Ən acınacaqlısı isə odur ki, hər hansı ağacı və ya heyvanı məhv edən insan, nəticə etibarilə özü oturduğu budağı kəsir. Çünki ətraf mühiti çirkləndirmək, bumeranqın hərəkətinə bənzəyir və nəticə olaraq bu insan özünə və ətrafdakılara ziyan vurur.

Yazdığım inşamı mən, həyatını təbiətin mühafizəsinə həsr etmiş, məşhur naturalist Cerald Darelin sözlərilə bitirmək istəyirəm: «Bizim dünya hörümçək torutək mürəkkəb və zərifdir. Hörümçək torunun bir hissəsinə toxunduqda, onun digər hissələri tərpənməyə başlayır. Biz isə sadəcə hörümçək toruna toxunmuruq, biz torda açıq-aydın görünən deşiklər açırıq, belə desək, ətraf mühitə qarşı bioloji müharibə aparırıq!»

Biz, gəlin tək ətraf mühiti sevməyək, həmçinin bütün qüvvəmizi səfərbər edib onu qoruyaq.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1290
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri