Əmək - həyatın özülüdür - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 3982
Səs ver:
(səs: 2)
İnsanın həyatı əməklə sıx bağlıdır. Alimlər sübut etmişlər ki, məhz əmək insanı formalaşdıran amil olub. Bütün nailiyyətlərə görə insan əməyə borcludur, o, insanların əməyinə ki, metal əridir, taxıl əkir, mürəkkəb maşınlar yaradır, gözəl sənət nümunələri hazırlayır və s.

Əmək insana xoşbəxtlik verir, onun qısa ömrünü uzadır. İnsanın özündən sonra gələn nəsillərə yadigar olaraq irs saxlayır. A.P.Çexovun bəyanı ilə desək: «Kimliyindən asılı olmayaraq insan alın təri ilə çalışmalıdır, çünki onun xoşbəxtliyi məhz əməkdədir». Hər bir kəs əməyi ilə cəmiyyətin və Vətəninin inkişafına öz töhfəsini bəxş etməlidir.

Həyatının ilk günlərindən, əmək insanın həyatının ayrılmaz hissəsinə çevrilməlidir. Bacarıqlı əllər, təcrübə və inam olmadan işə başlamaq mümkün deyil. Buna görə də bizim bugünkü işimiz yaxşı oxumaqdır. Bu iş - Vətənin çiçəklənməsi yolunda bəxş edə bildiyimiz balaca bir zərrədir. Lakin hər bir şagirdin bəxş etdiyi balaca bir zərrə, o birisi zərrə ilə birləşir və nəhayət, böyük bir dənizə çevrilir. Atalar demişkən: «Dama-dama - göl olar».

Məktəbdə lazımi səviyyədə təhsil alan şagird, həyatın növbəti addımı kimi əmək məktəbinə qədəm qoyur. Bu məktəbdə insan, tədricən, həyatda lazım olan təcrübi bilgilərə yiyələnir.

Əgər sizin əmək cəmiyyətə fayda verirsə, deməli, siz xeyirli iş görürsüz və cəmiyyət sizin növbəti əməyinizi gözləyir.

Biz yeni minilliyə qədəm qoymuşuq. Yeni imkanlar, yüksək məqsədlər dövrü artıq yetişmişdir. Müasir dövr bizim qarşımızda yeni məsələlər qoymuşdur. Biz gələcəyə cavabdehik, biz gərək öz torpaqlarımızı gələcək nəsillərə sağ-salamat çatdıraq. Buna isə yalnız məhsuldar əməklə nail olmaq olar.

Qədim atalar sözü belə söyləyir: «Ağac meyvəsilə, insan əməli ilə tanınar». Hər birimizin borcu - öz əməyimizlə doğma Azərbaycanı inkişaf etdirib çiçəkləndirməkdir.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 3982
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri