Ətraf mühitin çirklənməsi - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 117
Səs ver:
(səs: 2)
İnsanlar daima ətraf mühiti çirkləndirmişlər. Lakin, son zamanlara kimi ətraf mühitin çirklənməsi bu səviyyədə ciddi problemə çevrilməmişdi. insanlar əhalinin yerləşməsinin zəif olduğu kənd təsərrüfatı ərazilərində məskunlaşırdılar və onlar təbiəti çirkləndirən maşınlara malik deyildilər. Sənaye şəhərlərinin inkişaf etməsi və əhalisinin artması ilə əlaqədar olaraq, bu şəhərlərdə külli miqdarda tullantılar nisbətən kiçik əraziyə toplanırdı. Bu səbəbdən, problem daha ciddi forma aldı. Avtomobillər və digər texnikitexnoloji kəşflər çirklənmə prosesini daha da intensivləşdirirlər. 60-cı illərin sonlarında insanlar ətraf mühitin çirklənməsi ilə bağlı təhlükəni hiss etməyə başladılar.

Hava, su və torpaq canlı orqanizmlərin yaşaması üçün zəruri vasitələrdir. Belə ki, çirklənmiş hava xəstəliyə və hətta, ölümə səbəb ola bilər. Çirklənmiş su balıqları və digər dəniz heyvanlarını məhv edir. Çirklənmiş torpaqlarda qida məhsullarını becərmək olmur. Bundan əlavə, ətraf mühitin çirklənməsi bizim planetin təbii gözəlliyini korlayır. Ətraf mühitin çirklənməsi problemi mürəkkəb olduğu qədər ciddidir. Avtomobillər havanı çirkləndirir, lakin insanlara bir yerdən o biri yerə hərəkət etmək imkanını yaradırlar. Fabriklər havanı və suyu çirkləndirsələr də, insanları işlə təmin edir və zəruri malları istehsal edirlər. Gübrələr və pestisidlər kənd təsərrüfatında xüsusi əhəmiyyət kəsb edir, lakin onlar torpağı məhv edə bilir. Beləliklə, əgər insanlar birdəfəlik ətraf mühitin çirklənməsinin qarşısını almaq istəyirlərsə, gərək onda bir sıra faydalı vasitələrin istifadəsindən imtina etsinlər. Əlbəttə ki, insanların əksəriyyəti bunu istəmir. Lakin, ətraf mühitin çirklənməsini tədricən azaltmaq olar. Alimlər, mühəndislər avtomobillərdən və fabriklərdən ixrac olunan zərərli tullantıların ixtisara salınması yollarını tapa bilirlər. Hökumət, müəssisələr tərəfindən çirklənmənin azaldılmasına yönəlmiş qanunların hazırlanmasını və icrasını təşkil edə bilər. Ayrı-ayrı şəxslər və təşkilatlar əməkdaşlıq edərək, müəssisələr tərəfindən ətraf mühitin korlanmasına gətirib çıxaran fəaliyyətlərdən çəkindirilməsinə çalışmalıdırlar.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 2 117
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri