Əziz və sevimli Bakım! - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1860
Səs ver:
(səs: 0)
Vətən haradan başlayır?
Sənin doğulub boya-başa çatdığın şəhərdən. Mənim doğma şəhərim - Bakıdır. Azərbaycanın paytaxtı olan Bakı şəhəri Abşeron yaramadasında yerləşir və qədim Xəzər dənizi ilə əhatələnir, Bakı dəniz buxtasından üzü yuxarı amfiteatr formasında yüksəlir. Dağüstü parka qalxdıqda, uzaqlardan Nargin adası görsənir. Həmçinin, Bakı limanında lövbər salmış çoxlu sayda gəmilər uzaqdan görünməkdədir. Gəmilər dəniz vasitəsilə müxtəlif növ məhsular gətirirlər: taxıl, balıq, ət məhsulları və s. Dənizin sahili boyu, bizim əziz bulvarımız olan Milli parkımız çox əzəmətli şəkildə canlanır. Sahil boyu parkın ərazisində çoxlu ağaclar əkilmişdir. Bizim şəhərimizdə quru subtropik iqlim olduğundan, bu sayda ağacları əkib böyütmək böyük zəhmət tələb edir. Ağaclar isə bizdə cürbəcürdür: şümşad və qaraçöhrə, ağcaqayın və çinar, şam ağacı, küknarlar və akasiyalar. Bulvar ərazisində mənim ən çox xoşladığım ərazi - «Bakı Venesiyasıdır». Burada meyvə ağacları bitir və kanaldakı su üzərində balaca qayıqlarla sərnişinlər gəzintiyə çıxır. Daha uzaqlara getmək istəyənlər isə dəniz kənarından katerlərlə dənizə gəzintiyə çıxa bilərlər.

Mənim sevimli şəhərimdə çoxlu muzeylər fəaliyyət göstərir: Azərbaycanın tarix muzeyi, bəstəkarlar və yazıçılar muzeyi və s. Lakin mənim ən çox xoşladığım muzey - incəsənət muzeyidir. Həmçinin Bakı şəhəri həmişə teatrları ilə məşhur olub. Valideyinlərim məni düz iki yaşımdan başlayaraq teatra aparmağa başlayıblar. Gənc tamaşaçılar teatrı və onun qarşısındakı həyət mənim çox xoşuma gəlir. Şəhərimizdəki sirkin binası da çox gözəl və əzəmətlidir. Bundan əlavə, mənim doğma şəhərimdə saysız-hesabsız kinoteatrlar və mədəniyyət evləri mövcuddur.

Mənim Bakım - zəhmətkeşlər şəhəridir. Burada çoxlu sayda fabriklər və zavodlar, emalatxanalar və sexlər fəaliyyət göstərir. Lakin əsas sərvət isə neft sənayesidir. Neft sənaye kompleksləri tək quruda deyil, həmçinin dənizdə də qurulmuşdur. Bakının əzəmətli Neft Daşlan bütün dünyada məşhurdur - bu estakadalar üzərində qurulmuş neftçilər şəhəridir.

Mənim şəhərimin şanlı tarixi vardır. Tarixən bir çox düşmənlər Bakının təbii sərvətlərinə göz dikmişlər. Lakin şəhərin mübariz döyüşçüləri həmişə bu sınaqlardan uğurla çıxmışlar.

Bizim vətən çoxlu sayda şair, yazıçı, bəstəkar, müharibə qəhrəmanlan və s. böyük şəxsiyyətlər yetişdirmişdir. Yazıçı və şairlərdən Nizami, Füzuli və Sabiri, bəstəkarlardan Müslüm Maqomayev və Üzeyir Hacıbəyovu, müharibə qəhrəmanlarından Həzi Aslanovu, general Mehmandarovu, general Xoyskini, Mehdi Hüseynzadəni və digərlərini göstərmək olar. Bu balaca inşada, böyük şəxslərin hamısının adını çəkmək qeyri-mümkündür.

Şəhərimiz həmişə qonaqpərvərliyi və böyüklərə olan hörmətilə seçilmişdir. Şəhərə gələn hər bir xarici qonaq bunun canlı şahidi olur.

Şəhərimizin əhalisi bayramları xüsusi təntənə ilə keçirməyi xoşlayır. Bu, başlıca olaraq, özünü Novruz bayramında büruzə verir. Artıq neçə əsrlərdir Bahar bayramını şəhər əhalisi atəşfəşanlıqla qeyd edir. Çərşənbə günü tonqallar qalanır, hamı bir-birinə qonaq gedir, göydə əlvan fişənglər görsənir, hər evi bahar səmənisi və şirniyyatı bəzəyir.

Mən, əziz şəhərimizin sakinlərinə gələcəkdə uğurlar və şəhərimizin daha da çiçəklənməsini arzulayıram.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1860
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri