Əziz və sevimli Bakı. Mənim gözəl şəhərim - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 7600
Səs ver:
(səs: 0)
Bakı - qədim şəhər, Azərbaycanın paytaxtıdır. Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir.

Adətən, qonaqlar ölkəyə səfər etdikdə Azərbaycanla tanışlığı Bakı şəhərindən başlayırlar. Bakının tarixi qədim zamanlara gedib çıxır. Şəhərin tarixi çox böyükdür, tarixçilərin hesablamalarına görə, Bakının iki min ildən çox yaşı var. Bakıda həmişə şimal dağların qarlı qollarından sovrulub gələn sərt «xəzri» küləkləri əsərdi və buna görə də şəhəri «Badi kubə» - «küləklərlə sovrulan şəhər» adlandırırdılar. XV əsrdə yaşamış məşhur rus səyahətçisi Afanasiy Nikitin isə Bakını «sönməyən odlar yurdu» kimi qələmə vermişdir. Bakının «Odlar diyarı» - Azərbaycanın paytaxtı olması əbəs yerə deyil. Qədim zamanlardan Bakı torpağında neft və qaz yataqları mövcud olmuşdur və bəzi yerlərdə neftlə hopmuş torpaq, məşəl kimi yanırdı.

Köhnə qala divarları dəfələrlə düşmən hücumunun şahidi olmuşdur. Lakin şəhər hər dəfə yaraları sağaldaraq yenidən həyata qayıdırdı.

Bakı ölkənin ən iri sənaye mərkəzidir. Bu illər ərzində şəhərin zahiri görünüşü tanınmaz dərəcədə dəyişilmişdir. Bakı dünyanın ən gözəl şəhərlərindən biri olaraq təkrare
dilməz cazibəyə malikdir.

Azərbaycana xas gözəl milli memarlıq əsərləri, şəhərin keçmişi haqda xəbər verir. Biz, qədim İçərişəhərin qala divarları, Şirvanşahlar sarayının abidələri və əsrarəngiz «Qız qalası»nı gördükdə, Bakının nə qədər qədim və mədəni irsə malik olmasının şahidi oluruq. Bundan əlavə, Bakıda çoxlu teatr və muzeylər də vardır.

Bakı - mehriban şəhərdir və burada yaşayıb işləmək çox xoşdur.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 7600
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri