Heyvanlar - bizim dostumuzdur - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 3 587
Səs ver:
(səs: 0)
İnsanın həyatı heyvanlar və bitkilər aləmilə sıx bağlıdır. Bu bağlılığın kökləri qədim keçmişdən qaynaqlanır. Insan bu dünyanın bir parçası olmasına baxmayaraq, daim öz təsərrüfatında heyvanlar saxlamış və ya meşələrdə onları ovlamışdır. Beləliklə insan vəhşi heyvanları, qoyunları, öküz və s. heyvanları əhliləşdirir və onlardan faydalanırdı. ilk olaraq it əhliləşdirilir və o, insan üçün etibarlı dosta çevrilir.

Uzun əsrlər boyu insan, yeni əmək alətləri yaratmış, təbiətə nüfuz etmək üçün yeni vasitələrə əl atmış, maşın və robotlardan istifadə etmişdir. Amma insanın təbiətlə əlaqəsi dəyişməz olaraq qalmışdır.

Bu əlaqə heyvanlar üçün heç də həmişə xoş nəticələnməyib. İnsanın dağıdıcı fəaliyyəti nəticəsində bir çox heyvanlar yoxa çıxmağa başlayıb. Əgər vaxtılı-vaxtında, bəşər bu heyvanları qorumasa, təəssüf ki, bəzi növ heyvanlar yer üzündən silinəcəklər. Onların məhvi, onsuz da bizim vicdanımıza yazılacaq.

Dünyadakı bütün heyvanlar bizim nəvaziş və qayğımıza ehtiyac duyurlar. Nadir heyvanların qorunmasında zooparkların önəmli rolu var. Məhz onların sayəsində zebr, maral və s. heyvanlar sağ qalmışlar və biz, bu gözəl heyvanlarla tanış olmaq imkanı əldə etmişik.

Vətən təkcə sənin doğulub, boya-başa çatdığın yer deyil, eyni zamanda nəfəs aldığın hava, içdiyin sudur. Əgər meşələr qırılarsa ölkəmiz zəngin, xalqımız xoşbəxt və sağlam ola bilməz.

Azərbaycanda təbiətin qorunması üzrə xüsusi dövlət proqramı hazırlanmışdır.

Azərbaycan Respublikasında 1959-1980-ci illərdə təbiətin qorunması haqqında qanunvericiliyə lazımi düzəlişlər olunmuşdur. 1989-cu ildə bizim vətənimizdə yaşayan heyvanların «Qırmızı kitab»ı yaradılmışdır. Ora ceyran, leopard, dağ keçisi və bir çox digər heyvan növləri daxil edilmişdir.

Təbiətin qorunması təkcə dövlətin deyil, həmçinin bizim də ictimai borcumuz olmalıdır.

Bir nəzər salın: balıqlara təmiz su, heyvanlar üçün yaşamağa meşə, quşlar üçün təmiz hava və s. lazımdır. Heyvanları qorumaq bizim hər birimizin ictimai borcudur. Təbiətin qayğısını çəkməklə, biz Vətənimizin qayğısını çəkmiş oluruq.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 587
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri