Həyatda uğur qazanmağın sirri nədədir? - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 412
Səs ver:
(səs: 0)
Hər birimiz həyatımızı öz düşündüyümüz kimi yaşayırıq. Çox zaman biz qazana biləcəyimiz uğurları görə bilməyib öz işimizin içində vurnuxuruq. Həyatda bütün maneələri aşmaq və arzu etdiyimiz uğurları qazanmaq üçün fikirlərimizi lazım olan istiqamətdə yönəltməliyik.

Həyatda müvəffəqiyyət qazanmaq üçün ilk növbədə həqiqəti dərk etməli və nədən ötrü çalışdığımızı bilməliyik.

Baş verənləri, ətrafımızı düzgün dərk edə bilsək daha xoşbəxt yaşayarıq.

Anadangəlmə fərqli xüsusiyyətlərlə doğularkan insan digərlərinə nisbətən daha sürətlə uğurlar əldə edə bilər. Çünki o daha qabaqcıl, daha real düşünür. Buna görə də yüksək nəticə əldə edir.

Lakin adi insan kimliyindən asılı olmayaraq müvəffəqiyyətə bir az gec çatar. Bunun üçün o daha çox çalışmalı, bir çox mərhələlərdən keçməlidir.

Məqsədə çatmaq üçün nəyi və necə etməyi düzgün bilmək lazımdır. Düzgün fikirlər bizə uğur qazandıracaqdır. Atalar sözündə deyildiyi kimi «Fikir işin yarısıdır.»

Bəzən insan xəyal qurur, sanki özünü yenidən kəşf edir və bu xəyallarını gerçəkləşdirmək üçün əzmlə çalışır, daim əngəllərlə mübarizə aparır ki, məqsədinə çatsın.

Uğur qazanmaq üçün vaxtdan səmərəli istifadə etmək, insanlarla səmərəli münasibət qurmaq, ömrünü hədər keçirməmək lazımdır.

Məncə uğur qazanmağın yollarından biri də odur ki, hər günün sonunda insan özü-özünə hesabat versin. Mən bu gün nə etmişəm. Hansı nailiyyətlər əldə etmişəm.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 412
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri