Kitabxanalar - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 871
Səs ver:
(səs: 1)
Kitabxanalar ölkənin mədəni inkişafında xüsusi rol oynayır. İnsanlar təhsil almaq istəyirlər, onlar elm öyrənməyə can atırlar. Kitablar onların istəklərini təmin edir.

Kitabları tək zövq almaq üçün oxumaq lazım deyil. Kitab oxumaq bizə təhsil almağa kömək ədir. Kitabxanada biz hər növ kitablara rast gələ bilərik: romanlar, bioqrafik kitablar, bədii kitablar, hekayələr, səyahət haqqında kitablar, texniki ədəbiyyat, uşaqlar üçün kitablar və s. Bəzi kitabxanalarda bir çox xarici dillərdə kitablara da rast gəlmək olur.

Oxucu ilk dəfə kitabxanaya gəldikdə, o öz oxucu anketini (şəxsi kitabxana vərəqini) doldurur və kitabxanaçı isə ona oxumaq üçün hər hansı kitabı seçməyə kömək edir. Oxucuya müəyyən müddətə kitabı götürməyə icazə verilir. Lazım olan kitabı tapmaq üçün oxucuya kataloqlar kömək edir. Oxucular gərək götürdükləri kitablarla ehtiyatla davransın və onları cırmasın. Kitabxana kitabının üzərində nəsə yazmaq və onu çirkləndirmək olmaz. Oxucu zalı, ondan istifadə etmək istəyən hamı üçün açıqdır. Kitablardan əlavə, kitabxanalarda dövrü mətbuatdan - qəzet və jurnallardan istifadə etmək olar. Oxucular məşğul olmaq, məruzə və elmi işləri hazırlamaq üçün oxucu zallarına gəlirlər.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 871
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri