Kimə oxşamaq istərdim - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 5 023
Səs ver:
(səs: 0)
İnsan bütün ömrü boyu nümunələrlə yaşayır, sevdiyi, hörmət bəslədiyi adamların şəxsi nümunəsi ilə tərbiyələnir. Həyatda gördüyümüz hər hansı adi şəxs, bədii əsərdə rast gəidiyimiz gözəl insan, kinofilmdə gördüyümüz müsbət qəhrəmanlar bizim üçün şəxsi nümunə ola bilərlər. Biz çox vaxt belə insanlara yüksək duyğu ilə yanaşır, onlara oxşamağa çalışırıq. Mənim isə həyatda ən çox sevdiyim şəxs öz doğma atamdır.

Mən atamı ürəkdən sevir, ona dərin hörmət və ehtiram bəsləyirəm. Atamın nümunə götürməli bir çox xasiyyətləri var ki, mən məhz bunlara görə ona oxşamaq istəyirəm.

Atamın mənə xoş gələn yaxşı xasiyyətlərindən biri onun zəhmətsevərliyidir. O, müəllimdir. Evimizin yaxınlığındakı məktəbdə işləyir. Mən də həmin məktəbdə oxuyuram. Uşaqların atama qarşı diqqəti, ona hörmət və ehtiramla yanaşmaları ürəyimi dağa döndərir, çox sevinirəm. Atam təkcə müəllimliklə kifayətlənmir, həm də elmi-tədqiqat işləri ilə məşğul olur. Tez-tez müxtəlif qəzet və jurnallarda onun məqalələri çap olunur.

Mənim atam fiziki işi də çox sevir. Evimizdə hansı təmir işinə ehtiyac olursa, onun hamısını atam özü görür. Üstəlik də bəzi evdarlıq işlərində anama yaxından kömək edir. Bundan başqa, mənim atam çox nikbin və şən adamdır. Yerinə görə deyib-gülməyi, zarafatı çox sevir, məyus, qəmgin olmağı xoşlamır. Onunla olanda adam heç darıxmır, sıxılmır. Atamın yanında ən dərdli adam da nikbinləşir, qüssədən, kədərdən azad olur. Mənə elə gəlir ki, nikbinlik, gələcəyə nikbin nəzərlərlə baxmaq insan üçün ən zəruri keyfiyyətlərdən biridir. Mənim atam həm də qonaqpərvərdir. O, evimizə gələn hər hansı qonağı kimliyindən asılı olmayaraq yüksək hörmət və mədəniyyətlə qarşılayır, ona ən əziz adamı kimi yanaşır. Elə buna görədir ki, mənim atamın dostları, tanışları çoxdur. Onlar da atamı çox sevir, ona hörmətlə yanaşır, yüksək ehtiramını saxlayırlar.

Atamın daha bir yüksək keyfiyyəti onun hədsiz vətənpərvər olmasıdır. O, Vətənimizin hər qarış torpağını, daşını odlu məhəbbətlə sevir, onun yolunda öz canını hər dəqiqə qurban verməyə hazırdır. Atamdakı bu müsbət cəhət məni daha da çox valeh edir. Vətəni odlu məhəbbətlə sevməkdə mən də atama oxşamaq istəyirəm.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 023
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri