Qasım bəy Zakirin satiraları - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 192
Səs ver:
(səs: 0)
XIX əsr Azərbaycan ədəbiyyatında dərin iz qoyan sənətkarlardan biri də Qasım bəy Zakirdir. Çoxşaxəli yaradıcılığı ilə seçilən şair həm incə ruhlu lirik şeirlər, həm ibrətamiz epik əsərlər, həm də kəskin satiralar qələmə almışdır.

Qasım bəy Zakirin yaradıcılığında satiraları mühüm yer tutur. O, bu qəbildən olan şeirləri ilə yeni satira üslubu formalaşdırmış, ədəbiyyatımıza ifşaedici gülüş gətirmişdir. Şairin dərin ictimai məzmun kəsb edən satiralan birbaşa hədəfə ünvanlanır, müəllif dövrünün eybəcərliklərini açıq tənqid atəşinə tutur, seçdiyi tipləri oxucuya daha yaxından tanıtmaq üçün kəskin ifadələr işlətməkdən belə çəkinmir.

Qasım bəy Zakirin satiralanndan söhbət açarkən ilk növbədə belə bir suala cavab vermək lazım gəlir. Nə idi lirik şeirlərində insan gözəlliyindən, saf məhəbbətdən söhbət açan şairin nifrət və qəzəb kasasını doldurub onu kəskin satiralar yazmağa sövq edən? Şairin satiralarında bu suala cavab verilir.

Ərizə verə bir nəfərin pədəri,
Fərzəndinə olmaz zahir əsəri,
Yetmiş ildən sonra nəwadələri
Məgər ondan tapa bir rahi-nicat.

Bu misralarda Qasım bəy Zakirin yaşadığı dövr barədə təsəwür yaranır. Şair ziddiyyətlərlə dolu olan bir dövrdə yaşamışdır. Cəmiyyət eybəcərliklər içində boğulurdu. Kəndlərdə bəylərin, xanların zülmü ərşə dayanır oğurluq, talançılıq baş alıb gedirdi. idarələrdə süründürməçilik, məmurların, hakimlərin ədalətsizliyi son həddə çatmışdı, mövcud qanunlar insanlann mənafeyinə zidd idi və yalnız çarizmin müstəmləkəçilik siyasətinin, ömrünün uzanmasına xidmət edirdi. Həssas qəlbli şair, təbii ki, bütün bu eybəcərliklərə biganə qala bilməzdi.

Qasım bəy Zakirin satiralan dövrünün güzgüsü idi desək, yanılmanq. Bu şeirlərdə insanların ağır həyatına səbəb olan bütün eybəcərliklərə işıq salınır, cəmiyyətdəki tiplər - ədalətsiz hakimlər, rüşvətxor məmurlar, «beli şallı», «saqqalı hənalı» hacılar, fırıldaqçı tacirlər, riyakar din xadimləri ümumiləşdirilərək tənqid atəşinə tutulurlar.

Həddən aşıb bu vilada şərarət,
Hər kim hər iş görsə puluna minnət.
Mu qədəri yoxdur ədlü-ədalət,
Və lakin şöhrəti-bicaya bir bax!

Bu sətirlər Qasım bəy Zakirin dostu M.F.Axundzadəyə mənzum məktub şəklində yazdığı «Bax» rədifli satirasından götürülmüşdür. Müəllif bu şeirində doğrusu ilə yalanı, yaxşısı ilə yamanı bir-birindən seçilməyən, şərə, yalana bürünən cəmiyyətin bir sıra ictimai bəlalarını, mənfi cəhətlərini yana-yana açıb göstərmişdir. Şair bu bəlaların səbəbini dövlət məmurlarının ədalətsizliyində, mal-dövlətə hərisliyində, qanunların çürük mahiyyətində və onlara məhəl qoyulmamasında görürdü. Məsələn, ötən əsrin 40-cı illərində dərc olunan «Kəndli əsasnamələri»nə görə, kəndlilər müəyyən sərbəstliklər əldə etməli, bəylər, mülkədarlar onların istismarını yumşaltmalı idilər. Lakin dövlət məmurlarının biganəliyi ucbatından yerlərdə bunun tamam əksi baş verirdi və kəndlilərin zülmü daha da artmışdı. Qasım bəy Zakir belə vəziyyətə öz münasibətini istehza ilə, kəskin gülüşlə ifadə etmişdir.

Müəllifin Qarabağ «keyfiyyətlərinin» tənqidinə həsr etdiyi «Xəbər alsan bu vilanın əhvalın» misrası ilə başlanan şeirinə də kəskin satirik ruh hakimdir. Yenə M.F.Axundzadəyə mənzum məktub şəklində yazdığı bu şeirdə müəllif Qarabağ kəndlərini bürüyən quldurluğun, yolkəsənliyin, özbaşınalığın acı mənzərəsini göz önündə canlandırır. Ən acınacaqlı cəhət isə odur ki, ixtiyar sahiblərinin özləri də quldurlarla əlbirdirlər, haqqını tələb edən, malını qorumaq istəyən kəndlilərin üstünə yüz yerdən çomaq çəkirlər.

Qasım bəy Zakirin satiralarında dini xurafat da kəskin tənqid atəşinə tutulur. Müəllifin yaşadığı dövrdə yalançı din xadimləri xalqın savadsızlığından istifadə edərək cəmiyyətdə mütilik, itaətkarlıq əhvaliruhiyyəsini dərinləşdirməyə çalışır və beləliklə də, ictimai bəlaların geniş kök atmasına şərait yaradırdılar. Qasım bəy Zakir «Qarabağ qazisi», «Şuşa mollaları haqqında», «Üsuli və şeyxi təriqət mollalarının həcvi» kimi şeirlərində bu qəbildən olan yalançı din xadimlərinin iç üzünü açaraq onların əsl simasını xalqa göstərmişdir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 192
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri