Mənim sevimli oyuncağım - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 695
Səs ver:
(səs: 0)
Mənim sevimli oyuncağım Barbi adlı kuklamdır. Birinci dəfə Barbini mənə nənəm ad günümdə hədiyyə edib. Sonralar mənim yeni bir Barbim və Sindim oldu, lakin birinci Barbini mən bütün oyuncaqlarımdan çox sevirəm. Onun qızılı naxışlı qara donu, boynunda həmail muncuqlardan boyunbağısı və gözəl qızılı ayaqqabılan var idi. O çox zərif və gözəldir, ona ən çox gözəllik verən isə valehedici saçlarıdır. Onun qızılı-işıqlı rəngdə yumşaq, uzun saçları və gözəl saç düzümü ilə toplanmış saçları var. Mən böyük olanda başa düşdüm ki, artıq otuz il əvvəl Barbi yaranıb. Hər il bu kuklanın yeni modeli istehsal edilir. Onu dünyanın bir çox ölkələrində istehsal edirlər, lakin ölçüsü və xarici görünüşü dəyişmir. Bu kukla xüsusən, ona görə mənim xoşuma gəlir ki, onu istədiyin kimi geyindirə, modelləşdirə, öz Barbinə yeni geyim biçib geyindirə və hər dəfə ürəyin istədiyin kimi müxtəlif növdə geyindirə bilirsən.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 695
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri