Mənim tanışım - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 350
Səs ver:
(səs: 0)
Düz artıq on ildir ki, mən Mirvari ilə dostluq edirəm. O səkkizinci sinifdə oxuyur. O, mənim ən yaxın rəfiqəmdir. Mirvari ucaboylu və bir az da arıqdır, lakin gözəl və qədd-qamətlidir. Onun ciddi gözləri və iradəli sifət ifadəsi var. Eləki o, gülümsəməyə başlayır, sifəti anındaca dəyişir. Onun ətrafı qalın qaşları ilə örtülmüş böyük qonur gözlərində qığılcımlar alışır, yanaqları yüngülcə qızarır və üzərində kiçik cazibəli çökəklər - batıqlar əmələ gəlir. Onun saçları da mənim çox xoşuma gəlir. Səliqə ilə daranmış qara saçları, o həmişə çox zərif gürünür. Onun qalın saçları olduğuna görə, o saç düzümünü tez-tez dəyişə bilir. Mirvarinin çox qəşəng əlləri var, o əlləri ilə nəsə edəndə onu müşahidə etmək mənim çox xoşuma gəlir. Onun yerişi, ədaları, gözlərinin ifadəsi deyir ki, o çox ciddi qızdır. Bu onun geyimindən də görünür.

Mirvari ilə dostluq etmək mənim üçün çox maraqlıdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 350
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri