Mən, Bakıdan gözəl şəhər tanımıram - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1214
Səs ver:
(səs: 0)
Bakı - mənim doğulduğum və boya-başa çatdığım şəhərdir. Onsuz mən öz həyatımı təsəvvür etmirəm. Şəhər çox özünəməxsusdur və demək olar ki, dünyanın heç bir şəhərinə bənzəmir. Yalnız İtaliyanın Neapol şəhərinin bulvarı bizim sevimli şəhərin bulvarına bənzəyir.

Bakı şəhəri Xəzər dənizinin Cənub-Şərq sahilində, geniş Bakı buxtasında yerləşmişdir. Onun sahilindən üzüyuxarı cərgəbəcərgə binalar və evlər ucalır. Keçmişdə şirin su çatışmazlığından əziyyət çəkən doğma şəhərimiz, bu gün büsbütün yaşılığa bürünmüşdür. Dəniz sahilindən, düz bulvardan başlanan ağaclar, kollar və s. yaşıllıqlar bütün şəhəri əhatə edir.

Doğma şəhərimiz gecə vaxtı xüsusi əsrarəngiz gözəlliyə qərq olur. Sahil boyu uzanan işıq zolaqları, lövbər salmış çoxsaylı gəmilərin və uzaqdan görünən neft buruqlarının işıqları şəhərə xüsusi gözəllik bəxş edir.

Bizim bulvarımız bir neçə kilometr ərazini əhatə edir. Qəşıəng terrasalar, yamyaşıl ağaclar və dekorativ kollar bulvan çox gözəl edir. «Milli park» adlanan bulvarımız şəhər əhalisinin ən sevdiyi istirahət yerlərindən biridir. Burada - yay kinoteatrı, kukla teatrı, açıq havada konsert meydançası, kafelər, restoranlar, üzü dəniz mənzərəsinə baxan çoxsaylı oturacaqlar və s. vardır. Qızmar yay axşamlarında bulvarda xüsusi canlanma baş verir. Bulvarda həmçinin, «Bakı Venesiyası» adlanan orijinal kanalları və balaca körpüləri, istirahət edənləri gəzdirən qayıqlardan ibarət istirahət kompleksi inşa edilmişdir.

Azərbaycan - qədim tarixə və mədəniyyətə malik olan diyardır. Bunu, şəhərdə mövcud olan çoxsaylı mədəniyyət abidələri sübuta yetirir: əsrarəngiz Içərişəhər və əzəmətli «Qız qalası», Şirvanşahlar sarayı və uca minarəli məscidlər. Qədim tarixə malik içərişəhərdə küçələr dar və binalar hündür deyil, Yeni Bakının küçələri isə genişdir. Yaşıllığa bürünmüş səkilər, böyük meydanlar və incə memarlıq abidələri şəhərə gözəllik bəxş edir.

Bakıda çoxlu sayda heykəllər və abidələr vardır. Şəhər küçələrində gəzişdikdə müxtəlif tarixi dövrdə salınmış adibələr və heykəllər, Bakının keçdiyi tarixi mərhələlərin konturlarını cızır. Şəhərdə ilk dəfə gəzişən insan şəhərin dinamik ritmdə yaşamasının şahidi olur.

Şəhərin mərkəzi hissəsində çoxlu sayda idarələr, müxtəlif tədris müəssisələri, teatrlar, muzeylər və mağazalar yerləşmişdir. Şəhərin düz mərkəzində, «Azərbaycan» kinoteatrının qarşısında Xurşud Banu Natəvanın abidəsi ucaldılmışdır. Şəhərin küçələrində dahi şairlər, yazıçılar və mütəfəkkirlərin xatirəsinə çoxsaylı heykəl qurulmuşdur: Nizami, Füzuli, Səməd Vurğun, Nəsimi, Sabir və s.

Bakı bulvarından üzüyuxarı istiqamətdə gözəl Dağüstü park yerləşir. Buradan, Dağüstü parkla yaşıllıqların arasından həm piyada və həmçinin funikulyorla qalxmaq olar. Dağüstü parkın yuxan hissəsi Şəhidlər xiyabanıdır.

Hal-hazırda mənim xalqım öz ağır dövrünü yaşayır. İşğal olunmuş torpaqlar hələ də geri qaytarılmayıb. Lakin respublikamızın gələcəyinə optimizmlə baxıram. Mən inanıram ki, ədalət, sülh və əmin-amanlıq Azərbaycanda bərqərar olacaq. Və mənim sevimli şəhərim yenə də dərdsiz-sərsiz inkişaf edərək çiçəklənəcəkdir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1214
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri