Mən proqramçı olmaq istəyirəm - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 840
Səs ver:
(səs: 0)
Mən proqramçı olmaq istəyirəm. Mən kompüterlərlə maraqlanıram. Bu, ayrıca yeni bir aləmdir.

Bir çoxu, öz ata-babalarının yolu ilə gedərək, onların peşə və sənətlərini davam etdirirlər. Lakin, mənim məsələmdə hər şey tərsinə oldu. Mənim anam müəllimə, atam isə həkimdir. Ancaq mən, nə müəllim olmaq istəyirəm, nə də həkim.

Mənim sevimli dərs fənlərim - riyaziyyat, fizika və əlbəttə ki, proqramlaşdırmadır. Coğrafiya, biologiya və ya kimya kimi fənlər məndə elə də maraq oyatmır.

Mənim hobbim - kompüter oyunları və proqramlaşdırmadır. Mənim evdə öz şəxsi kompüterim var və mən onun arxasında saatlarla otururam. Kompüterin köməyilə bir çox şeyləri daha tez həll etmək olur, məsələn inşa yazmaq kimi. Lazım gəldikdə artıq yazılmış fikri rahatlıqla digəri ilə əvəz etmək olur, inşa yazdıqda daim bir fikir gəlir, digəri isə gedir. Əlyazmada olduğu kimi, artıq ehtiyac yoxdur ki, mətni pozub yenidən yazasan.

Mən belə fikirləşirəm ki, proqramçı peşəsinin bir çox dəyərli imkanları var. Kompüterlər müasir texnologiyanın ən dinamik inkişaf edən sahəsidir. Bizim əsrimiz sürətli informasiya əsridir. Mənim fikrimcə, gələcəyin inkişaf.ı bilavasitə kompüterlərdən keçir. Artıq dünyanın bir çox hissəsində insanlar kompüter arxasında oturaraq özlərinə lazım olan ərzaq və əşyaları sifariş edir, bütün dünyada baş vermiş hadisələrdən operativ məlumatlar alır, dünyanın istənilən nöqtəsində məskunlaşan insanlarla söhbət edirlər. Bütün bunlar onu göstərir ki, indi və gələcəkdə bütün sahələrin inkişafı, tərəqqisi kompüter texnologiyalarından və proqramlarından asılıdır. Məhz bu amilləri nəzərə alaraq, mən məktəbi qurtardıqdan sonra universitetə qəbul olmaq istəyirəm və proqramlaşdırma elminə dərindən yiyələnmək istəyirəm.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 840
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri