Mənim anamın ad günü - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1262
Səs ver:
(səs: 0)
Keçən ay mənim anamın ad günü idi. Atam anam üçün bir qonaqlıq təşkil etmək istədi və bunu bir sürpriz olaraq həyata keçirməyi qərara aldı. Ad günündən iki həftə qabaq atam anamın ən xoşladığı kafedə bir otaq tutdu. Sonra atam dostları və qohumları dəvət etməyə başladı. Əlbəttə ki, bu böyük bir sirr idi. Bəzən bunu gizlətmək elə də asan başa gəlmirdi. Həmçinin, sürpriz məsələsini bəzi qonaqlara da başa salmaq, öz növbəsində elə də rahat olmurdu.

Düz iki həftə ərzində, atam məxfi surətdə ad günü tədbirinin zəruri hazırlıqlarını həyata keçirdi. Ad günü gəlib çatan vaxt atam çox sevinirdi, lakin eyni zamanda narahat idi ki, birdən nəsə alınmaz. Atam anama dedi ki, onlar şəhər mağazalarına baxmağa çıxırlar. Anam məmnuniyyətlə razılaşdı, çünki ad günündə mağazadan mal almağı çox xoşlayırdı. Bir mağazadan atam ona gözəl bir paltar aldı və anam elə həmin paltarı əyninə geyindi. Sonra isə onlar bulvar boyu gəzişirdilər. O, gün hava çox gözəl olduğundan gəzintiyə xeyli adam çıxmışdı. Atam hələ narahat idi, çünki anam bir şey hiss etsəydi, onda onun hazırladığı sürpriz alınmayacaqdı.

Bir müddət gəzdikdən sonra, onlar bir az acıdıqdan sonra atam anama, onun sevdiyi kafeyə getməyi təklif etdi. Onun bu təklifı elə bil ki, növbəti bir ad günü hədiyyəsi idi. Anam məmnuniyyətlə razılaşdı. Kafeyə gəlib çatdıqda anam qapıda məni qardaşımla gördükdə, çox təəccübləndi. Çünki əslində evdə olmalıydıq. içəri girdikdə o, çoxlu sayda qohum-əqrəba və dostları gördü. Hamı onun ad gününü təbrik etməyə gəlmişdi. Anam çox xoşbəxt idi.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1262
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri