"Mənim sevimli, əziz Bakım. Mənim gözəl Bakım!" - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 509
Səs ver:
(səs: 0)
(H.Billuri)
Bakı Azərbaycan Respublikasının paytaxtıdır. Bakı gözəl şəhər və çox qədim bir diyardır, belə şəhərin dünyada misli görünməz. Tarixçilərin fikirlərinə görə, şəhərin iki min ildən çox yaşı var. Bakı öz yeraltı sərvəti olan neftə görə dünyada daha çox ad çıxarmışdır. Şəhər zəngin mədəniyyətə malikdir, onun ərazisində qədim abidələr mövcuddur: Içərişəhər, «Qız qalası», Şirvanşahlar sarayı və s. bizim şəhərdə çoxlu muzeylər, kitabxanalar, zavodlar, institut və universitetlər vardır. Şəhərin, demək olar ki, bütün qəsəbələrində parklar və istirahət ocaqları salınmışdır. Oradakı ağaclar və kolluqlar, əkilmiş ağacların yaşıllığı və güllərin əlvan rəngləri şəhər əhalisinin və qonaqların əhvali-ruhiyyəsini yüksəldir.

Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir. Dəniz həm şəhərin iqlimini yumşaldır və həmçinin, şəhərə xüsusi gözəllik bəxş edir. Yayda mən dəniz qırağında istirahət etməyi çox xoşlayıram: dənizdə çimmək, gündə qaralmaq, həmçinin Bakının bulvan olan Milli parkda gəzməyi çox xoşlayıram. Burada çoxlu sayda böyüklər və kiçiklər üçün attraksion və karusellər var. Milli parkdan yola düşən katerlə dənizi səyahət etməyin xüsusi ləzzəti var. Katerlə sahildən bir-iki kilometr uzaqlaşdıqdan sonra şəhərin gözəl mənzərəsi göz önünə yüksəlir.

Bakı çoxmillətli şəhərdir. Burada müxtəlif millətlər dostluq və sülh şəraitində, eynihüquqlu statusla yaşayır. Bakı Azərbaycanın mərkəzi və bəziləri dediyi kimi, onun «ürəyidir». Bizim şəhər, böyük mədəni və sənaye mərkəzidir. Burada işgüzar həyat qızğın surətdə keçir.

Bakı gündən-günə böyüyür və çiçəklənir. Bir çox bəstəkarlar, şairlər və digər mədəniyyət və incəsənət xadimləri Bakını vəsf və mədh edən müxtəlif əsərlər yaratmışlar.

Şəhərdə və dənizdə çoxlu sayda neft buruqları var, gündə yer dibindən minlərlə ton «qara qızıl» hasil edilir.

Mən doğma şəhərimiz olan Bakını çox sevirəm, onun gözəlliyinə, təbii sərvətlərinin zənginliyinə görə və bir də sadəcə ona görə ki, bu mənim doğma şəhərimdir. Mən böyüyəndə var qüvvəmlə çalışacağam ki, əziz şəhərimiz daha da gözəlləşsin və həmişə cavan qalsın.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 509
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri