Mənim sevimli bayramım - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 373
Səs ver:
(səs: 0)
Hər bir xalqın çoxlu sayda gözəl adətləri var. Lakin onların içində ən cazibəlisi - bayramlardır. İnsanlar bayramları qədim zamanlarda yaratmışlar ki, gündəlik qayğılardan, dərdlərdən və fəlakətlərdən az da olsa başları açılsın. Bayramlarda hər bir xalqın mənəvi aləmi, etik və əxlaqi zənginliyi aşkar olunur. Novruz bayramının tarixi kökləri qədim zamanlara gedib çıxır. Novruz sözü tərcümədə «yeni gün» anlamını verir. Novruz bahar, sevinc, şadlıq və təbiətin oyanış bayramıdır. O yaz gecə-gündüzün bərabərliyinə təsadüf edir, lakin bayrama yaz başlamamışdan bir ay əvvəl hazırlaşırlar. Kəndlilər kotanı, arabanı və digər inventarı təmir edirlər. Qadınlar evləri gül kimi təmizləyirlər. Çobanlar sürünü cənub yamaclarına doğru sürüb aparırlar, bu vaxtlarda orada artıq ilk otlar əmələ gəlmişdir.

Kəndlərin kənarlarında və şəhərlərin məhəllərində tonqallar qalayırlar. Novruz bayramında tonqalın üstündən tullanmaq bir adətə çevrilmişdir. Hamı bir-birinə qonaq gedir. Rəhmətə getmiş yaxınların qəbirlərini ziyarət edirlər. Küsülülər barışır.

Martın iyirmisi keçən ilin axır günü sayılır. O gün də bayram hesab edilir. Bütün küsülülük və incikliklər sülh yolu ilə həllini tapmalıdır. Bəzi gəncləri nişanlayır, bəzilərinə isə toy edirlər. Şirniyyat və ədviyyat bayramdan qabaq artıq hazırlanır. Qonşuları, qohumları və evə qonaq gələn istənilən şəxsi dadlı plova qonaq edirlər. Bayatılar, ibrətamiz hekayələr və atalar sözləri səslənir. XVIII əsrdə yaşayıb yaratmış Molla Vidadi belə demişdir:

«Bayram getdikcə genişlənir. Hər yerdə çalıb, oxuyurlar. Aşıqların məlahətli səsi, tar və kamançaların zümzüməsi hər yerdən eşidilməkdədir. Hər evdə, hər obada yalnız xoş sözlər, xoş dualar və gözəl sözlər eşildilməkdədir. İnsanlar şadlanır və onların üzlərində təbəssüm əskik olmur. Savab qazanmaq üçün istəyirsən ki, hansısa bir yaxşı əməl edəsən. Bu bayramı bütün uşaqlar sevinirlər. Hər bir evdə qırmızı lentlə bağlanmış xonça və səməni vardır. Məcməyidə nələr yoxdur: qoz, fındıq, konfetlər, nabat, şəkərbura, paxlava və nələr, nələr!»

Qədim bahar bayramı olan Norvuz bayramı - xalqımızın ən gözəl və sevimli bayramıdır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 373
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri