Mənim dostumun otağı (təsvir) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 288
Səs ver:
(səs: 0)
Mənim sinif yoldaşım Kamil ilə artıq səkkiz ildir ki, dostluq edirik və mən tez-tez onlara qonaq gedirəm. Onun evində olmaq mənim çox xoşuma gəlir, çünki orada mən özümü çox sərbəst və rahat hiss edirəm.

Kamilin otağı səliqəlidir və sadə mebellə qurulmuşdur. Pəncərənin yanında masa və stul durur. Masanın üstündə karandaş və flomasterlərlə dolu balaca vaza, köhnə çərçivədə fotoşəkil, bir neçə dəftər və maraqlı kitablar vardır. Kitabların yanında tikiş maşını durmuşdur, belə ki, Kamilin kiçik bacısı Iradə demək olar ki, əsl dərzidir. ilk olaraq o paltarları kuklaları üçün tikir, sonra isə özü üçün tikməyə başladı. Tikiş maşını ilə üzbəüz göy örtüklə örtülmüş divan-çarpayı qurulmuşdur. Divanda Kamilin bacısının sevimli kuklası Sara otuzdurulub. O, bu kukla ilə çoxdandır ki, oynamır, lakin onun üçün gözəl paltarlar tikir.

Otağın sol güncündə qədim kitab şkafı durmuşdur. Şkafın rəflərində dərsliklər, bədii ədəbiyyat, fotoşəkil albomları səliqəli surətdə yığılmışdır.

Sağ küncdə paltar şkafı qurulmuş, döşəməyə isə yaşıl xalça sərilmişdir. Kamilin bacısı Iradə tez-tez öz biçimlərini və jurnallardan götürdüyü yeni geyim modellərini işləmək üçün xalçanın üstünə düzür.

Otağın pəncərələrini şəffaf mavi parçadan pərdələr bəzəyir. Mənə elə gəlir ki, bu otaqda hər şey səliqə-sahmana uyğun yığıldığından, otaq belə rahat və xudmanidir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 288
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri