Mən Azərbaycan vətəndaşıyam - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1872
Səs ver:
(səs: 0)
Hər birimizin qəlbində ana kimi müqəddəs, şirin bir hiss yaşayır. Bu, Vətənə olan sevgi, doğma torpağa qarşı olan məhəbbət hissidir. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmayan, yaranan bir ümmandır. Bəli, hər bir kəs bu dünyaya göz açdığı anda anasını görürsə, ilk qədəmlərini vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur, hiss edir. Vətən məhəbbəti bir qızıl qana dönüb onun damarlarından axır, hisslərinə, duyğularına hopur.

Mənim doğma vətənim Azərbaycandır. Mən bu ölkənin vətəndaşıyam, bu diyarda doğulub boya-başa çatmışam. Mənim ata ocağım, elim, obam, məskənim Azərbaycandır.

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən.
Ayrılarmı könül candan?
Azərbaycan! Azərbaycan!

Azərbaycan bizə ulu babalarımızın müqəddəs əmanəti, ərməğanıdır. Bu torpağın hər qarışı yağı düşmənlərə qarşı ölüm-dirim çarpışmalarında şəhid düşmüş ata-babalarımızın qanından yoğrulmuşdur. Əsrlər boyu yağılar doğma yurdumuzun barlı-bəhrəli torpaqlarına, tükənməyən sərvətlərinə göz dikib, tamah salıblar. Vətənimizin başı bəlalar çəkib. Ancaq igid, yenilməz oğullarımız sipər olub düşmənə öz cəsarəti ilə, qüdrəti ilə. Çox «mənəmmənəm » deyən hökmdarlar hücum edib bu torpağa, axırda da qan içməkdən doymayan başlarını qoyublar bu torpaqda. Anamız Tomris bir qılınc zərbəsi ilə Keyxosrovun başını kəsəndə dünya heyran qaldı türk qadınının hünərinə, igidliyinə. Bəli, bu torpaq özünəlayiq ər oğullar yetirmiş, erkək tinətli qızlar, qadınlar tərbiyə etmişdir. Elə igidlər ki, əsrlər keçsə də, onların adı xalqımızın qan yaddaşında əbədi iz buraxmış, bu günümüzə qədər xatirələrdən silinməmişdir. Bu gün öz keçmişi ilə - Cavanşiri, Tomrisi, Babəki, Koroğlusu, Qaçaq Nəbisi, Qaçaq Kərəmi ilə və daha neçə-neçə igid oğlu, qızı ilə fəxr edir Azərbaycan. Bu torpaq həmişə dara düşəndə özünün igidlərinə, qəhrəmanlarına arxalanıb. O igidlərə ki, o qəhrəmanlara ki, Vətən köməyə çağıranda qılınca, qalxana sarılıb, at belinə qalxaraq döyüş meydanına tələsiblər. Tələsiblər ki, yağıların pəncəsindən xilas etsinlər bu Vətəni.

Son dövrlərin Qarabağ savaşı göstərdi ki, vətənimiz Azərbaycanda indi də igid oğullar, qeyrətli qızlar yetərincədir. Vətənin çağırışı, ürəklərinin hökmü ilə döyüşə atılan bu vətən övladları doğma yurd, doğma torpaq uğrunda canlarından belə keçməyə çəkinmədilər. özünün gözünə dik baxan bu qəhrəmanlar şəhidlik zirvəsinə yüksələrək ölməzliyə qovuşdular. Vətənin şərəfi də, şöhrəti də məhz belə oğullar, belə qəhrəmanlardır.

İgid oğulların qəhrəmanlığı,
Tanıtdı xalqımı bütün cahana.
Vətənçin canından keçən oğullar
Azadlıq bəxş etdi Azərbaycana.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1872
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri