Mənim vətəndaşlıq borcum - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 3104
Səs ver:
(səs: 1)
Doğrusunu deyim ki, bu suala cavab verməkdə çətinlik çəkirəm. Məgər insan həyata, cəmiyyətə, insanlara olan borcunu ödəyib qurtara bilərmi? Məgər bizim həyatımız, yaşayışımız özü təbiətin bizə bəxş etdiyi borc deyilmi? Borcu birdəfəlik ödəmək olarmı? Məncə, xeyr. Bu borcu ödəmək üçün yaşamaq, həm də nəcib hisslər, gözəl arzular, böyük ideallarla yaşamaq, yüksək məslək və amallar uğrunda mübarizə aparmaq lazımdır. Özünü həyata, insanlara borclu bilməyən adamlar mənasız bir həyat yaşayır, özlərindən sonra mənalı bir iz qoymadan ölüb gedirlər. Məsləksiz, amalsız bir həyat əsl insan ömrü sayıla bilməz. Əsl insan, əsl vətəndaş elə yaşamalı, qəlbində vətənə və insanlığa olan borcu elə yaşatmalıdır ki, onun həyatı əbədi bir məşəl kimi bəşər həyatını işıqlandırsın. Vətəndaşlıq borcunu dərindən dərk edənlər, bu borcu ürəklərində əbədi bir amal kimi yaşadanlar həmişə həyat mübarizəsindən şərəflə çıxır, ölümdən sonra da ölümsüzlüyə, əbədiyyətə qovuşur. Xatirələrdə yaşayırlar.
Vətəndaşlıq borcu ilk növbədə insanın yaşadığı torpaqla, vətənlə bağlıdır. Vətən borcu vətəndaşlıq borcudur.
Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir.
Əsl vətəndaş odur ki, öz vətənini bütün qəlbi ilə, canı və qanı ilə sevir, onun azadlığı və istiqlaliyyəti uğrunda hər an canını qurban verməyə hazırdır. insan həyata bir dəfə gəlir və bir dəfə də nə vaxtsa köçüb gedir. Lakin Vətən uğrunda canından keçən qəhrəmanlar əbədi bir həyata qovuşur, öləndən sonra şərəflə yad edilirlər.
Ana Vətənimiz Azərbaycan Cavanşir, Babək, Koroğlu, Mehdi, Qafur, Həzi kimi igidlər yurdudur. Bu qəhrəmanlar vətənimizin azadlığı, xoş həyatı naminə mübarizə aparmış, bu yolda öz canlarını da qurban vermişlər.
Fikirləşirəm ki, niyə bəs indi elə igidlər, qəhrəmanlar yetişdirmir bu torpaq? Hanı igid Babəklər, qoç Koroğlular, Qaçaq Nəbilər? Bəlkə, keçmişimizə qürrələnib bu günümüzü itirmişik.
Fikirləşdikcə də nə qədər səhv düşündüyümü, səhvə yol verdiyimi anlayıram. Şəhidlər xiyabanı yadıma düşür. Şəhid ruhları qarşısında özümü müqəssir görür, fikrimdən özüm utanıram. Həyatdan nakam getmiş bu Vətən oğulları doğma yurda sədaqət rəmzi, məhəbbət simvoludurlar. Onlar vətən uğrunda vuruşmuş, vətən uğrunda canlarını qurban vermişlər. Eşq olsun belə qəhrəmanlara! Eşq olsun onların amalına, məsləkinə! Bax budur əsl vətəndaşlıq borcu, vətəndaşlıq amalı.

Vətən müqəddəsdir, vətən anadır,
Könlüm bu ananın sorağındadır.
Əsil vətəndaşlar, əsil igidlər,
Doğma Azərbaycan torpağındadır.

Mən də öz ölkəmin azad vətəndaşıyam. Vətən qarşısında mən də bütün həyatımı, bütün varlığımı borclu sayıram. Lazım gələrsə, Vətən uğrunda hər an canımı qurban verməyə hazıram. Bu, təkcə mənim yox, mənim kimi bütün vətən gənclərinin fikridir. Biz hər an Vətənin keşiyindəyik, hər an canımızla, qanımızla onu müdafiə etməyə hazırıq.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3104
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri