Mən xoşbəxtliyi nədə görürəm? - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 2468
Səs ver:
(səs: 0)
Həyat insana bir dəfə verilir. Həyat rəngarəng və kəşməkəşlidir. Belə olduğu qədər də gözəldir. Gərək bu həyatı elə yaşayasan ki, dönüb geri baxanda peşman olmayasan, utanmayasan.

Bizə bəxş edilən bu həyatda maksimum dərəcədə xoşbəxt anlar yaşamaq, həyatdan məmnun qalmaq lazımdır. Əks halda həyatın nə mənası? Məgər həyatın mənası xoşbəxt olmaq deyilmi?

İndi gəlin özümüzə sual verək. Biz həyatdan zövq alırıqmı? Əgər hər hansı bir addım kimi isə xoşbəxt edəcəksə, nəyə görə o addımı atmasın. Elə məhz düşünülmüş, cəsarətli atılmış addım insanı xoşbəxt edər. Həyatdan zövq aldıqca üzümüz güləcək, içimiz coşacaq, elə bu özü xoşbəxtlik deyilmi?

Xoşbəxtlik hər kəsin arzusudur. Hərə xoşbəxtliyi bir cürə başa düşür, kimi var-dövlətdə, kimi gözəl ailədə, kimi deyib-gülməkdə, kimi isə yeyibiçməkdə ...

Yer üzündə insan çoxdur, xoşbəxtlik isə az. Doğranıb parçalansa da bu qədər insana çatmaz.

Ümumiyyətlə, insan xoşbəxtliyi onda olmayan, həmişə arzusunda olduğu şeylərdə axtarır. Yuxarıda saydıqlarımız insanı xoşbəxt edirmi? Vardövlət sahibləri var ki, xoşbəxt deyillər. Həyatda hər şey insana hərtərəfli verilmir.

Mənim fikrimcə xoşbəxtlik hər bir insanın içindən doğur. Xoşbəxtlik elə bir ali hissdir ki, bu bazarlarda satılıb varlıların ala biləcəyi, kasıbların ala bilməyəcəyi bir şey deyil.

Mən o insanı xoşbəxt hesab edirəm ki, o, ağıllıdır. Ağlı olan hər kəs həyatda hər şeyə sahib ola bilir.

Mən o insanı xoşbəxt hesab edirəm ki, elm arxasınca gedir. Kiməsə faydası dəyir. Həyatda öz yerini düzgün seçir. Gözəl ailəsi və uşaqları var. Gözəl övladlar tərbiyə edir. O insan xoşbəxdir ki, vətəni üçün, xalqı üçün bir iş görür. Cəmiyyət üçün yararlıdır, özünü ailədə, işdə, cəmiyyətdə artıq, yararsız adam hesab etmir, sevir və sevilir.

Bu keyfiyyətləri hər kəs özündə aşılaya bilər və demək belə adamlar həyatda xoşbəxtdirlər.

Paxıl, xain, xudbin adamlar heç vaxt xoşbəxt ola bilməzlər. Bəlkə də onlar özünü xoşbəxt hesab edir. Lakin bu üzdə belə görünə bilər. Belə xoşbəxtlik müvəqqətidir, daimi deyil.

Daimi və əsl xoşbəxtliyin özündə zəhmət, əmək, çalışmaq, oxumaq, yaşamaq və yaratmaq durur.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2468
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri