Mədəni insan olmaq nə deməkdir? - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 439
Səs ver:
(səs: 0)
Xalqımızın həyat tərzi, ənənələri, milli irsi, ulularımızın, mürdik təfəkkür sahiblərinin hikmətli kəlamları, öyüd və nəsihətləri yüksək mənəvi-əxlaqi dəyərlər kimi cəmləşərək yetişməkdə olan gənc nəslin tərbiyəsində qüdrətli örnək rolunu oynamışdır. Əxlaqi keyfiyyətlər insanın şəxsiyyət kimi ucalmasını, cəmiyyət arasında hörmətinin artmasını şərtləndirir. Hər insan haqqında demək olmaz ki, bu mədəni insandır. Mədəni insan birinci növbədə dünyagörüşlü, savadlı olmalıdır. Özündən böyüyə və kiçiklərə hörmət və qayğı ilə yanaşmalıdır. Mədəni insan ağayana, alicənab, sadə, səxavətli, ədəbli və mərifətli olmalıdır.

Geyiminə, danışığına, oturub-duruşuna fikir verməlidir. Düz olmalı, doğma yurdunu, onun tarixini sevməli, həyatını, canını, qanını bu yurdun, torpağın, xalqın səadəti və xoşbəxtliyi uğrunda mübarizəyə həsr etməlidir.

Mədəni insan qarşısındakı ilə incə davranmalı, danışanı dinləməyi bacarmalı, sözünü yarımçıq kəsməməlidir. İstər evdə, ailədə, istər kollektivdə, istərsə də cəmiyyətdə necə hərəkət etmək lazım olduğunu bacarmalıdır.

Mənəvi keyfiyyətlər tərbiyə prosesində aşılanıb formalaşır. İnsan necə düşünürsə, münasibətləri də elə müəyyənləşir.

Bəzən çox qəşəng, səliqəli geyinmiş bir adam ağzını açanda dindirməyinə peşman olursan. Demək mədəniyyət, mədəni olmaq yaraşıqla və geyimlə ölçülmür. Bu davranış mədəniyyətdir. Hər kəsdə hələ kiçik yaşlarından aşılanmalı və gənc yaşlarından formalaşmalıdır.

Mən həmyaşıdlarıma tövsiyə edərdim ki, mədəni olmağa çalışsınlar, özlərini harada və necə aparmağı bacarsınlar.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 439
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri