Öz dilinə məhəbbət bəsləmədən, insan vətənini sevə bilməz - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 1 254
Səs ver:
(səs: 0)
Vətəni sevmək - onun əsrarəngiz dağ mənzərələrini, ulu babalardan miras qalan qala və istehkamlardakı yazı və kitabələri, dağ çaylarının nəğməli şırıltısını, ata-baba evi üzərində pərvaz edən qartalın vüqarlı uçuşunu sevmək və məhəbbət bəsləməkdir. Lakin vətənə əsl məhəbbət bəsləmək, doğma ana dilinə sevgisiz mümkün deyil. Çünki, bu dildə, Azərbaycan şair və yazıçıları tərəfindən dünya ədəbiyyatının şah əsərləri yazılmışdır.
Düzdür, orta əsrlərdə Azərbaycan saraylarının bir çoxlarında rəsmi dil fars dili olmuşdur və şairlərin çoxu da bu dildə yazıb-yaratmışdır. Nəinki Azərbaycanın, bütün Şərqin ədəbi dili o zaman fars dili hesab edilirdi.
Azərbaycanın şifahi xalq ədəbiyyatı isə, yazılı ədəbiyyatdan fərqli olaraq, ana dilində mövcud olmuşdur. Bu dövrlərdə doğma poeziyanın gözəl sürətləri yaradılır və bir eldən o biri elə, bir obadan digərinə ötürülürdü. Aşıqlar el şənliklərində, bazarlarda və meydanlarda ana dilində ədəbiyyat surətlərini tərənnüm edir, şeirlər, qəzəllər və qəsidələr oxuyurdular. Ana dilində çoxsaylı laylalar, maraqlı və sirli nağılların izləri qədim dövrlərə və köklərə gedib çıxır.
Biz, müasir nəslin nümayəndələri, gərək öz ana dilimizi dərindən öyrənək və bilək. Onun həm yazılı, həm də şifahi ədəbiyyatını qoruyub saxlayıb, inkişaf etdirək.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 254
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri