Payız (təsvir) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 060
Səs ver:
(səs: 0)
Hələ havalar istidir, lakin artıq keçib gedən yay adamı darıxdırır. Ağaclar yay ərzində yanmış yarpaqlarını yerə tökürlər. Görünür ki, gövdələr qaralır, onlar yorulmuşdur və yatmaq istəyirlər. Yorulmaq bilməyən hörümçəklər böyük sürətlə tor toxuyurlar və sən görmədən onların əsərlərini dağıdırsan.
Nədənsə quşlar daha çox canfəşanlıq göstərirlər. Onlardan bəziləri yola düşməyə hazırlaşır, bəziləri isə yaydan çıxaraq qışa tədarük görürlər. Gənc anasından ayrılmış quş balaları çox aktiv görsənirlər, uçuşur və dalaşırlar. Onlar qışın nə olduğunu hələ anlamır və onun tərəfindən fəsad gözləmirlər. Yamaclarda, böyük otların arasında sürətlə kərtənkələlər keçib gedirlər. Yalnız otların xışıltısı və tərpənməsi onların olmasından xəbər verir. Hələ arılar uçuşur. Onların sayı azdır, uçuşları isə ağır və xoş təsir bağışlayandır. Tənha bir kəpənək, qızılyarpağın ağır gülü üzərində oturaraq yellənir. O, qanadlarını yığaraq bu halda uzun bir müddət otura bilər, sanki, bir daha uçmayacaqdır.
Göy isə şəffaf mavi rəngdədir, ucalıqlarda isə Günəş sanki asılıb qalmışdır. Bu təmtəraqlı payız akvareli çox uzun çəkməyəcək, daha sonra boyalar dəyişərək daha soyuq tonla əvəzlənərək, tutqun bir forma alacaq. Hələ hava isti və işıqlıdır, hər şey ömrünün axır günlərini yaşıyır və istini qışa aparmaq mümkün olmadığından qəlblərdə bir kədər hissi oyanır.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 060
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri