Ramazan ayı gəldi - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 1 217
Səs ver:
(səs: 0)
Ramazan - rəhmət, mərhəmət, sevgi, məhəbbət ayıdır. Uca Yaradanın qullarına sonsuz sevginin aşıb-daşdığı, əməllərin gözəlləşdiyi, qəlblərin paklaşdığı aydır, bu ay. Şeytanın zəncirə vurulduğu, ruhun kamilləşdiyi, insan mələkləşdiyi aydır, bu ay. insanların həm yaradanına, həm də insanlara qarşı məhəbbətin, sevgisinin artdığı aydır Ramazan. Nəhayət, Qurani-Kərimin nazil olunmağa başladığı, gecələri içərisində min aydan daha fəzilətli bir gecəni - Qədr gecəsini gizlədən bir aydır Ramazan.
Müqəddəs kitabımız Qurani-Kərimi Allahın həbibi, könüllərin təbibinə, on bir ayın sultanı - Ramazanda endirildi. insanları hidayətə doğru yola yönəltmək üçün, rəhbərlik edib, rəhmət bəxş etmək üçün. Rəbbimiz Ramazanda Qurani-Kərimi endirməklə yanaşı, islamın beş əsasından biri olan Ramazan orucunu vacib etdi insanlara, onu isə nəfsimizi, ruhumuzu tərbiyə etmək üçün. Qurani-Kərimdə buyurulur: «Ey iman edənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə (bununla) siz pis əməllərdən çəkinəsiniz» (Bəqərə, 183).
On bir ay, daxilində aclıqdan, susuzluqdan əziyyət çəkmək istəməyən bir insan bu ayda ruhunu tərbiyə etməyə başlayır. Tək aclıqda deyil, pis əməllərdən, qeybətdən, riyakarlıqdan, haram şeyləri etməkdən çəkinməklə, haram yerlərə getməkdən və bunlar kimi neçə-neçə bəd əməlləri tərk etməklə ruhunu tərbiyələndirir. Rəhmət olaraq, bizə bəxş edilmiş bu ayda cənnət qapıları açılır, günahlar bağışlanır, insan etdiyi ibadətlər sayəsində mələklərin dərəcəsinə çatır. Ruhu təzələnmiş, qəlbi pisliklərdən təmizlənmiş insan başqaları ilə ünsiyyəti artırır, onların sevincinə, kədərinə şərik olur, maddi və mənəvi nəyi varsa qarşılıqlı olaraq bölüşür onlarla. Bir ay, ardarda nəfsini, ruhunu tərbiyə etmiş insan bu tərbiyə ilə gələn Ramazan ayına qədər özünü tarazlıqda saxlayır. Oruc biz insanlann həm bu dünyasını, həm də axirət həyatını qaydaya salır. Peyğəmbərimiz (s.ə.s.) buyurur: «Ramazan ayı gələrkən Cəhənnəmin qapıları bağlanar və şeytanın əlləri qandallanar». Başqa bir hədisdə isə belə buyurur: «Oruc elə bir qalxandır ki, (sipərdir) ki, Cəhənnəmdə onunla qorunmaq olar».
Nəhayət, bu rəhmətin içində Allahın qullarına bəxş etdiyi bir rəhmət də var. O rəhmət min aydan daha xeyirli olan, Qurani-Kərimin endirdiyi gecə olan Qədr gecəsidir. «Həqiqətən, biz onu (Quranı) Qədr gecəsi nazil etdik» (Qədr, 1). Qədr gecəsinin vaxtı, Ramazan gecələri içərisində gizli saxlanılmışdır. Uca Rəbbimiz biz qullarının duasını çox eşidib, çox qəbul etmək üçün bu mübarək gecəni gizli saxlamışdır. Bu rəhmət gecəsi yalnız İslam ümməti üçündür.
Bəli, aləmlərin rəbbi, bizə böyük bir rəhmət bəxş etmiş, bir gecə içində min aydan daha çox savab qazanmaq üçün. Bu gecə tək bizim etdiyimiz dualar deyil, mələklərin də bizim üçün etdiyi dualar qəbul olunar. Rəhman və rəhim olan Allah bizim dualarımızı qəbul edib, günahlarımızı bağışlamaq istəyir. Yetər ki, biz əl açıb dua edək, bağışlanma diləyək.
Peyğəmbərimiz (s) buyurub: «Kim inanaraq və mükafatın Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar».
Bu ayın rəhmət və bərəkətindən istifadə edək, qocalara, kasıblara, miskinlərə, fəqirlərə, yetimlərə əl tutaq, günahlarımızın bağışlanmasını diləyək və Allahın rəhmətinə qovuşaq. Amin!

Gəldi şəhri-Ramazan
Doldu qəlblərə iman.
Gözlərdə nur göründü
Könüllərdə həyəcan.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 217
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri