Respublikamızın adət-ənənələri haqda nə bilirəm? - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 800
Səs ver:
(səs: 0)
Azərbaycanın tarixi uzaq keçmişlərə gedib çıxır. Azərbacanlıların məişətində və həyat tərzlərində müxtəlif dövrlərin ideologiyası ilə bağlı müxtəlif adət-ənənələr öz əksini tapmışdır. Bu adət-ənənələrdən biri, bəlkə də ən məşhuru - Novruz bayramıdır. Novruz - «Yeni gün» deməkdir. Novruz - bahar bayramı, təbiətin yazın gəlişi ilə yenidən oyanmasıdır. Qriqorian təqvimi ilə Novruz bayramı martın 20-21-nə təsadüf edir.
Novruz bayramı ərəfəsində, köhnə ilin təhvil verilməsi və yeni ilin gəlişi ilə əlaqədar bir sıra mərasimlər keçirilir. Bunlardan ən maraqlısı - axır çərşənbə axşamıdır. Yəni ötən, keçən ilin son çərşənbə axşamı günü. Adətənənəyə görə, məhəllələrdə tonqallar qalanır və hamı çalışır ki, tonqalın üstündən atdansın. Adət-ənənəyə görə Novruz bayramında küsülülər barışır, hamı bir-birinə qonaq gedir. Hətta dünyasını dəyişmişlər də yaddan çıxarılmır və onların ziyarətinə gedirlər. Yeni ilin başlanması ilə, təbiətin yenidən dirilməsi sanki təbiət insanlara bir xitab edir: «Ey insanlar! Gəlin siz də dəyişin və keçmiş pis işlərinizdən əl çəkin!». Təbiət dəyişildiyi kimi, insanlar da Novruz bayramı günlərində özlərində də bir dəyişiklik hiss edirlər.
1920-ci ildə Sovet imperiyası müstəqil Azərbaycan Demokratik Respublikasını işğal etdikdən sonra, bolşeviklər nə qədər çalışdılarsa da, Novruz bayramını məhv edə bilmədilər. Xalqın qanına və ruhiyyəsinə hopmuş bu gözəl bayramı cəllad imperiya aradan apara bilmədi. Nəticə etibarilə, XX əsrin 60-cı illərində rəhmətlik Şıxəli Qurbanovun təşəbbüsü ilə Novruz bayramı rəsmi olaraq qeyd edilməyə başlanıldı.
Eyni qayda ilə xalqımız neçə əsrlərdir ki, hicri qəməri təqvimi ilə məhərrəm ayında Məhərrəmlik matəmini qeyd edir. Sevimli Peyğəmbərimiz Həzrəti Muhəmmədin (s) nəvəsi imam Hüseyn (ə) 681 -ci ildə zalım Yezid hakimiyyətinə qarşı inqilab etmişdir. Nəticə olaraq Məhərrəm ayının 10-u, qeyri-bərabər döyüşdə Imam Hüseyn (ə) zalım Yezidin ordusu tərəfindən şəhid edilmişdir. Bu qara gün «Aşura» adlanır. Xalqımız hər il Aşura gününü yad edir, Kərbəla şəhidləri üçün mərsiyələr oxuyur və dualar edirlər.
Qəddar və cəllad Sovet imperiyası nə qədər çalışsa da, 70 il ərzində Aşuranı xalqın əlindən ala bilmədi. İmam Hüseynin (ə) məhəbbəti daima xalqın qəlbində yaşamışdır və heç bir düşmən dəyənəyi və ya gülləsi bu məhəbbəti xalqın qəlbindən çıxara bilmədi. Olkəmiz müstəqillik qazanandan sonra Aşura mərasimlərinin keçirilməsi geniş vüsət aldı.
Xalqımızın digər böyük adətlərindən biri də Qurban bayramıdır. Bu bayramda bütün el-obanın imkanlı şəxsləri qurban kəsməyə çalışır və qurbanlıq ət kasıb əhaliyə paylanır. Adətən, qurbanlığa qoç kəsməyə çalışırlar. Çünki bu bayramın tarixçəsinə əsasən, Ibrahim peyğəmbərin əhvalatında qurban kimi Allah yolunda qoç kəsirlər. Bu haqda Quranda danışılır.
Digər adət-ənənələrdən biri isə toya təntənə ilə hazırlaşmaqdır. Toydan qabaq nişan, xonça aparmaq, cehiz tədarük etmək və s. işlər görülür. Toydan sonra isə xınayaxdı, üzə çıxdı və s. ənənələr evlənmə mərasimlərini zənginləşdirir.
Bir kəs dünyasını dəyişdikdə xalqımızın adətinə görə həmin evdə hüzr mərasimi təşkil edilir. Dünyasını dəyişəni İslam şəriətinə uyğun yuyur, kəfənləyir və qəbiristanlıqda dualarla dəfn edirlər. Sonra bütün qohuməqrəba, tanış-biliş mərhumun ailəsinə başsağlığı verməyə gəlirlər. Qırx gün ərzində hər cümə axşamı günü mərhumun yaşadığı evdə yığışır və sonra məzarını ziyarətə gedirlər. Mərhumun ölümündən qırx gün keçdikdən sonra isə qırx mərasimi keçirilir.
Ölkəmizin Sovet imperiyasından qurtulduğu zaman və sonrakı dövrdə - Qarabağ müharibəsi zamanı minlərlə şəhidlər canlarını vətən yolunda fəda etmişlər. Hər ili 20 yanvar tarixində xalqımız Şəhidlər xiyabanını ziyarət edir. Həmin gün səhər saat 10-dan axşama kimi, ardı-arası kəsilməyən insan seli xiyabanı ziyarət edirlər.
Hər il iyun ayının 26-sı Milli ordumuzun yaradılış günü kimi qeyd edilir. Azadlıq meydanında keçən hərbi parada Silahlı qüvvələrin qüdrəti nümayiş etdirilir. Göydə təyyarələr və helikopterlər öz xüsusi məharətlərini göstərirlər.
Əsas odur ki, millətimizin adət və ənənələrini qoruyub saxlayaq və növbəti nəsillərə ötürək.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 800
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri