S.S.Axundovun "Qaraca qız" hekayəsində qaraca qız obrazı - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 1 950
Səs ver:
(səs: 1)
Azərbaycan xalqının görkəmli söz ustalarından biri S.S.Axundovdur. O, ədəbiyyatımız tarixində hekayə janrında ən yaxşı əsərlər yazan yazıçılardan biri kimi tanınır. Böyük ədibin 1912-1914-cü illərdə yazdığı «Qorxulu nağıllar» silsiləsinə daxil olan «Əhməd və Məleykə», «Abbas və Zeynəb», «Nurəddin», «Qaraca qız», «Əşrəf hekayələri» ona böyük şöhrət qazandırmışdır.
Biz bu yaxınlarda S.S.Axundovun «Qaraca qız» hekayəsini keçdik. Hekayə mənim çox xoşuma gəldi. Xüsusən Qaraca qız surətini daha çox sevdim, daha çox bəyəndim. Lakin bu məsum qızcığazın ölümü məni sarsıtdı, kədərləndirdi. Onu məhv edən varlılar, dövlətlilər mühitinə, insanlar arasında uçurumlar yaradan pul, mal-dövlət zəmanəsinə nifrət etdim.
Hekayənin ən işıqlı və parlaq surəti Qaraca qızdır. Onun saf təbiəti, böyük və geniş ürəyi vardır. Qaraca qız bir an belə fikirləşmədən dostu Ağca xanımı xilas etmək üçün qorxulu bir işə başlayır, ilanın zəhərini soraraq mehriban rəfiqəsini ölümün pəncəsindən xilas etməyə çalışır. Lakin dostunu ölümdən qurtaran Qaraca qızın özünü də fəlakət gözləyir. Dişinin dibi qanayan Qaraca qız zəhəri sorarkən zəhər tüpürcəklə onun qanına yeriyir. ö z canını dostu uğrunda fəda edən Qaraca qızın həyatını xilas etmək mümkün olmur.
Qaraca qız əsl dost, əsl insan obrazıdır. Onun kiçik həyatı əsl dostluq nümunəsidir, insanlığa ən böyük ibrət dərsidir. Mən arzu edərdim ki, həyatda Qaraca qız kimi saf məhəbbətli, geniş ürəkli bir dostum olsun. Çünki yaxşı dost insan üçün ən böyük tapıntı, ən böyük xöşbəxtlikdir.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 1 950
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri