Süleyman Rüstəmin "Duz-çörək" şeirinin təhlili - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 040
Səs ver:
(səs: 0)
Biz bu yaxınlarda Azərbaycanın xalq şairi Süleyman Rüstəmin «Duz-çörək » şeirini keçdik. Bu şeir menim çox xoşuma gəldi. Tərbiyəvi əhəmiyyət kesb eden bu şeir nesihətçilik xarakteri daşıyır. Şair bu şeiri öz oğluna müraciet şeklinde qurmuş, gənc nəsilə olan nəsihətlərini bu yolla ifadə etmişdir. Şairin burada oğluna xitabən dediyi sözlər, nəsihətlər bizim hər birimize aid olub, bizde müsbət insani keyfiyyətlər tərbiyə edir.
Şair göstərir ki, insanın şərəfi onun geyimi, libası ilə yox, şəxsiyyəti, mənliyi, bacarıq ve qabiliyyəti ilə ölçülür. Ona görə də insan yaxşıların . yaxşısı olmağa çalışmalı, dostuna, tanışına heç vaxt ziyan yetirməməlidir. O, yersiz hərəkətlərdən yersiz sözlərdən uzaq qaçmalı, heç kimin könlünü qırmamalı, qəlbinə dəyməməlidir. Ağıllı adam heç vaxt bacarmadığı işi boynuna götürməməli, yalandan söz verməməli, əməyi sevməli, öz zəhməti ilə hünər meydanına girməli, öz halal əməyi, alın təri ilə şöhrət qazanmalıdır.
Şeirin sonunda müəllif öz öyüdlərini yekunlaşdıraraq oğluna məsləhət görür ki, həmişə dilindən ətir saçan sözlər çıxarsın, qazancını, malını itirsə də, duz-çörəyi itirsə də. Çünki ulularımız duz-çörəyi bərəkət, sədaqət, ilqar rəmzi kimi qəbul etmiş, onu həmişə müqəddəs saymış, duz-çörəyi itirənləri nankor, naxələf hesab etmişlər.
«Duz-çörək» şeiri gəncliyə gözəl insani keyfiyyətlər aşılayan, onu yüksək əxlaqi xüsusiyyətlərə malik bir insan kimi tərbiyə edən gözəl sənət əsəridir. Bu şeir hər zaman gəncliyin dilində, qəlbindədir, sevilə-sevilə oxunur və ən gözəl tərbiyəvi əsər kimi qəbul edilir.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 040
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri