S.Rüstəmin «Təbrizim» şeiridə vətənin birliyi, bölünməzliyi ideyası - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 1 427
Səs ver:
(səs: 0)
İkiyə bölünmüş Vətən. Hər birimiz üçün necə də ağırdır bu kəlməni söyləmək. XIX əsrin əwəllərində xalqımız məhz belə acı tale ilə üzləşmişdir - Azərbaycan qonşu dövlətlərin maraqlarına uyğun şəkildə iki hissəyə bölünmüşdür: Cənubi Azərbaycan və Şimali Azərbaycan. O vaxtdan bəri bu tarixi haqsızlıq, ayrılığın doğurduğu nisgil, eyni zamanda otaylı, butaylı Azərbaycanın birləşmək arzusu, xalqımızın bu məqsəd ugrunda apardığı mübarizə ədəbiyyatımızın əsas mövzularından birinə çevrilmişdir.
XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi S.Rüstəmin yaradıcılığında da Cənub mövzusu mühüm yer tutur. Ordu sıralarında Cənubi Azərbaycana gedən şair burada bir sıra müşahidələr aparmış, soydaşlarımızın həyatı ilə yaxından tanış olmuş, onların zaman-zaman milli azadlıq mübarizəsinə qalxmaları barədə geniş məlumat toplamışdır. Həssas qəlbli, vətənpərvər şairin təəssüratları sonralar onun cənub lirikasında birləşən dərin məzmunlu şeirlərinə çevrilmişdir.
S.Rüstəmin bu qəbildən olan əsərlərindən biri də «Təbrizim» şeiridir. Şair bu şeiri elm, mədəniyyət, sənətkarlıq mərkəzi kimi tanınan qədim şəhər Təbrizə xitabən qələmə almışdır. Lakin Təbrizə müraciət etməkdə şairin məqsədi heç də yalnız onun barəsində söhbət açmaq, şəhərin gözəlliyini vəsf etmək deyildir. Şeirdə Təbriz vətənin rəmzi kimi başa düşülür. Əsərin əwəlindən S.Rüstəmin Təbrizə böyük məhəbbətinin şahidi oluruq. Təbrizin hüsnünə baxdıqca gözləri doymayan şair «Qoymaram yadları girsin qoynuna» deyib onu özününkü sanır. Şair Təbrizin şad gününə şərik olmaq üçün onun bayramına gəlmişdir. Təbriz də öz əziz sirdaşını «duzlaçörəklə », «bağından dərdiyi güllə-çiçəklə», «ikiyə bölünməz saf bir ürəklə» qarşılayır. Bu, adi bir görüş deyil. Bu, dili bir, qanı bir iki qardaşın uzun ayrılıq həsrətindən sonra baş tutan görüşüdür. Şair duyğulanır və Təbrizə ən xoş arzularını dilə gətirir.
Lakin Təbrizlə görüşdən hədsiz sevinc duyan, onun gözəlliyindən vəcdə gələn S.Rüstəm bərk narahatdır. Qəlbi nisgildən sızlayan şair Təbrizin bütün dərd-səri ilə tanış olmaq istəyir.
Aşağıdakı misralarda müəllifin vətən yanğısı, təəssübkeşliyi dolğun şəkildə ifadə olunmuşdur.

Bülbül zar-zar ağlar çəməndən ayrı.
Insan deyib-gülməz Vətəndən ayrı.
Can necə yaşasın bədəndən ayrı?!
Aç öz ürəyini danış, Təbrizim,
Olum dərdlərinlə tanış, Təbrizim.

Təbrizin bağından gül-çiçək dərib onun vəziyyəti ilə tanış olan şairin dərdi təzələnir, o, təlatümlü düşüncələrə dalır. Torpağı ikiyə bölünən şairin iztirabları başadüşüləndir. Onun dərdi Vətən dərdidir. Şairin qəlbi otaylı, butaylı Azərbaycanı bütöv görmək arzusu ilə yanır. Onun qənaətinə görə, birliyə gedən yol mübarizələrdən, çarpışmalardan keçir. Müəllif Təbrizin şanlı qəhrəmanlıq tarixini xatırlayır. Təbrizin «qoynundan süd əmən saysı qəhrəmanlar» onun yolunda zaman-zaman canlannı qurban vermişlər. Şair belə qəhrəmanlıq tarixi olan Təbrizə cəllada, yada baş əyməməyi məsləhət görür, onu daim azadlıq, birlik uğrunda mübarizə aparmağa çağırır.
S.Rüstəmin «Təbrizim» şeiri məzmunca dolğun olduğu kimi, bədii ifadə vasitələri ilə də zəngindir. Ustad sənətkar şeirin təsir gücünü artırmaq, bütöv Azərbaycan ideyasını oxucuya daha dolğun şəkildə çatdırmaq üçün dilimizin zənginliyindən geniş istifadə etmiş, bir-birindən təsirli bədii ifadə vasitələri seçmişdir. Aşağıdakı misralara diqqət yetirək:

Nədir o mənalı dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?..
Yetimtək boynunu burma, Təbrizim,
Məlul-məlul baxıb durma, Təbrizim!

Bu misralardakı təkrir, bənzətmə, məcaz və bədii sualların köməyi ilə şair Təbrizin ayrılıqdan doğan dərin kədərini qabarıq şəkildə nəzərə çarpdırmağa nail olmuşdur. Ümumiyyətlə, şeir böyük təsir və səfərbəredici gücə malikdir. «Təbrizim»i oxuyan hər kəsin qəlbində tarixi ədalətsizliyə son qoymaq, ikiyə bölünən Vətənin birliyinə nail olmaq istəyi daha da güclənir.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 427
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri