Sevdiyim tarixi şəxsiyyətlər - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 3039
Səs ver:
(səs: 0)
Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış, unudulmamışdır.
Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir. Təbiət bu keyfiyyətləri yalnız seçilmiş adamlar - zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir.
Biz elə xalqıq ki, böyük dahilər - dünya miqyasında şöhrət tapan şəxsiyyətlər yetirmişik. Atropat, Tomris, Cavanşir, Babək, Bəhmənyar, Xətayi...
Alban hökmdarı Cavanşir Mehranilər sülaləsindən idi. Cavanşir ölkənin azadlığı uğrunda mübarizə aparmış, özünü cəsur əsgər, istedadlı sərkərdə kimi göstərmişdir. Cavanşir bizim üçün həqiqət dünyasının işığı idi.
Babək ərəblərə qarşı ölüm-dirim mübarizəsinə qoşulmuş bir sərkərdə kimi daim xalqın qəlbində yaşayır. Bunlar haqqında yazmaqla qurtarmaz.
Mən tarixi şəxsiyyətlərdən biri haqqında - Şah İsmayıl Xətayi haqqında yazmaq istəyirəm.
Şah İsmayıl çox nadir dühaya malik bir şəxsiyyət olub. O, uşaqlıq illərindən idman oyunlarına həvəs göstərir, rəssamlıq və xəttatlıq bacarığı ilə seçilib. Bütün müsbət keyfiyyətlər bu böyük şəxsiyyətdə toplanmışdı. O, gözəl səsə malik idi. Bərbad adlanan alətdə gözəl çalır və oxuyurdu. Uşaq yaşlarından şeir yazmağa başlamışdı. O, heç vaxt tamahkar olmamış, nəfs ucundan səhvlərə yol verməmişdir və şəxsiyyətini, ləyaqətini hər şeydən uca tutmuşdur.
Şah İsmayıl az həyat sürməsinə baxmayaraq, yalnız xeyirxah işlər görməyə can atmış, şərdən, pis əməllərdən uzaq bir insan olmuşdur.
Şah İsmayıl həm də məğrur, azad fikirli, öz qüdrətinə inanan bir sərkərdə, həqiqət yolundan zərrə qədər kənara çıxmayan nəcib insan idi.
Şah İsmayıl həmişə xalqının rifahı üçün çalışıb qurduğu qüdrətli dövlətin daim çiçəklənməsi üçün əlindən gələni əsirgəməyib. Hər bir addımında diqqətli, ehtiyatlı olan Şah İsmayıl ağıllı məsləhətlərə də qulaq asır, əqidə, məslək yolunda sədaqətlə hərəkət edirdi.
Şah İsmayılın apardığı müharibələr onun vahid Azərbaycan dövləti yaratmaq arzu və istəyindən irəli gəlirdi. O, Azərbaycan dilini dövlət və şeir dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün öıçüyəgəlməz dərəcədə böyük işlər görmüşdür.
Bu cür tarixi şəxsiyyətlərin keçdiyi həyat yolu bizim üçün bir məktəbdir. Belə şəxsiyyətlərimizlə fəxr edir, öyünürük. Onlardan nümunə götürürük.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3039
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri