Şəhidlər ölmürlər - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 3 596
Səs ver:
(səs: 1)
Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.
Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Xalq şairi Bəxtiyar Vahabzadə şəhidləri belə vəsf etmişdir:

...Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər!
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.

İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir.
Azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. 1990-cı ilin qanlı 20 Yanvar gecəsində, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə xalqımızın yüzlərce igid övladı uca şəhidlik zirvəsinə yüksəlmişdir. Gültəkin Əsgərova, Ülvi Bünyadzadə, Koroğlu Rəhimov, Çingiz Mustafayev, Salatın Əsgərova... Bu siyahı çox uzundur. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda etmiş şəhidləri müqəddəs bir amal birləşdirirdi: «Biz gəldi-gedərik, təki Vətən yaşasın!». Bu amalla yaşayan insanlar 1990-cı ilin qanlı 20 Yanvar gecəsində təpədən dırnağadək silahlanmış düşmən qoşunlarının qarşısından geri çəkilmədilər, misli görünməmiş iradə, yenilməzlik nümayiş etdirdilər.
Vətən, xalq sevgisi idi onlara cəsarət verən, sıralarını möhkəm edən. İmperiya ordusunun əsgərləri, zabitləri belə heyrətə düşmüşdülər. ölümlə üz-üzə qalan gənclər, qocalar, oğlanlar, qızlar onlardan əsla aman diləmir, əksinə öz nifrətlərini, qəzəblərini dilə gətirirdilər. Küçələrə, meydanlara çıxan insanlar özlərini rəmzi qala sanırdılar, hər kəs istəyirdi ki, Vətənə atılan güllə onun sinəsinə dəysin. Cəbhədə, zorla sürükləndiyimiz Dağlıq Qarabağ müharibəsində də Vətən oğulları eyni şücaətlə vuruşmuş, qeyribərabər döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərmişlər.
İndi şəhidlərin ruhları bir mahnıda olduğu kimi Vətən göylərində azad gəzirlər. Şəhidlərin arzularının bir çoxu həyata keçmişdir. Azərbaycan suverenliyini təmin edib, onların arzuladıqları müstəqil dövlətimiz qurulub. Ölkəmizin iqtisadi, hərbi gücü getdikcə artır. Gənc respublikamız beynəlxalq birliyin layiqli üzvünə çevrilmişdir. Bu bizə gələcəyə nikbin nəzərlərlə baxmağa əsas verir. Əminik ki, şəhidlərin digər arzuları da çin olacaq. Getdikcə güclənən Azərbaycanın vaxtilə imperiya ordusunun köməyi sayəsində ermənilərin əlinə keçən torpaqlarımızı geri qaytaracağı, respublikamızın ərazi bütövlüyünü təmin edəcəyi gün uzaqda deyil.
Burada biz də öz məsuliyyətimizi aydın dərk edirik. Şəhidlərin uğrunda canlarını fəda etdikləri müqəddəs amallar qəlbimizdə möhkəm yer tutmuşdur. Gözəl Vətənimizin şəhid bacı və qardaşlanmızın qanı ilə qazanılan müstəqilliyini, azadlığını göz bəbəyi kimi qorumağı və möhkəmlətməyi həyatda əsas məqsədimiz sanırıq.
Bu gün ölkənin hər yerində şəhidlərin əziz xatirəsinə dərin ehtiram bəslənildiyinin şahidi olmaq mümkündür. Bakının ən uca yerində qərar tutan Şəhidlər xiyabanı dövlət tərəfindən yüksək səviyyədə abadlaşdınlıb və bütün azərbaycanlıların, Vətənimizi, xalqımızı sevən hər kəsin and, ziyarət yerinə çevrilib. Burada yaradılan möhtəşəm kompleksdə şəhidlərin xatirəsinə əbədi məşəl alovlanır. Bundan başqa, respublikanın digər iri şəhərlərində, rayonlarında, kənd və qəsəbələrində də Şəhidlər xiyabanı vardır.
Böyüməkdə olan nəslin təlim-tərbiyə aldığı çoxlu sayda məktəbə şəhidlərin adı verilib, onlarca küçə, park şəhid bacı və qardaşlarımızın adını daşıyır, yolların kənarlannda, məhəllələrdə, gediş-gəliş gur olan yerlərdə onların xatirəsinə ehsan bulaqları tikilib, gənc ailələrdə yurdumuzun neçəneçə Çingizi, Əlifi, Koroğlusu, Azəri böyüyür...
Bütün bunlar insanların şəhidlərin xatirəsinə ehtiramlarının, həssas münasibətlərinin ifadəsidir. Şəhidlərin davamçıları varsa, arzulan həyata keçirsə, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyiblər, sıralarımızda yaşayırlar.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 596
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri