Tarix mənim sevimli fənnimdir (fikir) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 274
Səs ver:
(səs: 0)
Tarix - keçmiş haqqında bir elmdir. Daha doğrusu, keçmişin gələcəyə necə təsir etməsi haqda elmdir. Yunan dilindən tərcüməsi «tədqiqat» və ya «keçmiş haqqında hekayə» mənasını daşıyır.
Bizim məktəbdə tarix dərsləri çox maraqlı keçir. Dərslər tək müəllimə qulaq asmaqla məhdudlaşmır, həmçinin biz dərs vəsaitlərindən istifadə edir və tədris filmlərinə tamaşa edirik. Hətta, tarixi mövzulara aid kompyuter proqramlarını tərtib etməyə cəhd edirik. Məsələn, keçən həftə tarix və informatika müəlliminin köməyi ilə biz «Tarixi illəri yadda saxla» adında proqram üzərində çalışırdıq.
Bizim tarix müəllimimiz öz həmkarları ilə əməkdaşlıq edir. Yaxın keçmişdə məktəbimizdə beşinci sinif şagirdlərinin iştirakı ilə Azərbaycan ədəbiyyatı tarixi gecəsi keçirilmişdir. Tarix, Azərbaycan dili və ədəbiyyatı müəllimləri keçmişdə yaşayıb-yaratmış məşhur yazıçılar və şairlər haqqında maraqlı söhbətlər etdilər. Həmçinin biz öyrəndik ki, o zamanlarda hansı cür paltarlar geyinir, iş və asudə vaxtlarını nə cür bölüşdürürdülər. Ən maraqlısı isə, Nəsimi dövrü barədə söhbətlər idi, o zamanda baş verən tarixi hadisəiər bütün şagirdlər üçün maraqlı gəlirdi.
Bu günün hadisələri sabah artıq tarixi irsə çevrilir. Onlar tarixin zəncir halqalarına qoşularaq, yeni bir halqa təşkil edir və bu zəncirin əvvəli qədimqədim dövrlərə bağlanır, axırı isə əlçatmaz gələcəklə sonlanır. Tarixin gedişatına nə cür təsir edək ki, onu daha yaxşı, daha insanpərvər və daha mərhəmətli edək? Mən hələ özüm üçün bu məsələnin həllini tapa bilməmişəm. İnanıram ki, məhz tarix fənnini öyrənmək bu məsələdə mənə kömək edəcək.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 274
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri