Tətillər - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 1 409
Səs ver:
(səs: 0)
Hər bir rübün axarında bizim məktəbdə tətillər olur. Tətillərdə olmaq olduqca maraqlıdır. Sən ürəyin istədiyin hər bir normal şeyi edə bilərsən. Ehtiyac yoxdur ki, sən səhər tezdən durasan, ev tapşırıqlarını edəsən və ya adətən, məktəbdə baş verən narahatçılıqlar barəsində düşünəsən.
Ən çox xoşladığım tətil - yay tətilidir. Bu tətil, ən uzun müddətlidir. Baxmayaraq ki, qış qarlı və şaxtalı keçmişdi və mən qış tətillərində qartopu oynamaqdan, konki və xizək sürməkdən həzz alırdım, yay tətillərinin ləzzəti başqadır.
Mən Soçidə keçirdiyim yay tətilim haqqında sizə danışmaq istəyirəm. Bu, üç il əvvəl olmuşdu. Mən valideynlərimlə qonaq otağında oturmuşdum və yay tətilləri barədə planlarımızı müzakirə edirdik. Atam təklif etdi ki, biz Soçiyə gedək. Bunu eşidərkən mən sevincimdən yerimdən atlandım və dedim ki, bu çox yaxşı təklifdir. Anam da bu təklifin əleyhinə deyildi. Beləcə, bir yay səhəri biz ailəliklə Soçiyə səyahətə yollandıq.
İlk olaraq biz Odessa şəhərinə təyyarə ilə uçduq, ondan sonra isə gəmi ilə Soçiyə getdik. Biz Odessada üç gün keçirdik. Biz, orada yaşayan qohumlarımızın evində qaldıq. Bizim şəhərin görkəmli yerlərini gəzmək üçün gözəl imkan yarandı. Odessada yaşamış məşhur insanların gözəl heykəllərini görmək, muzeyləri və Odessa opera teatrını ziyarət etmək çox maraqlı idi.
Odessadan Soçiyə səfər etmək bizim çox xoşumuza gəldi. Qara dəniz çox sakit görünürdü. Biz gəminin göyərtəsində şezlonqda oturaraq dənizə tamaşa edirdik. Mən Soçi şəhərini çox sevirəm. Biz dənizdə çimir, qayıqla gəzintiyə çıxır və çimərlikdə özümüzü günə verirdik. Axşamlar biz gəzintiyə çıxır və ya kafedə dondurma yeyib, sok içirdik. Biz dağlara gedir və çox gözəl Aqur şəlaləsini seyr edirdik.
Dəniz çox mehriban və ilıq idi, hava da çox yaxşı idi. Evə qayıtmaq vaxtı gəlib çatdıqda mən bu ecazkar şəhər olan Soçini tərk etmək istəmirdim.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 409
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri