Təbiəti qorumaq hamımızın borcudur - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 067
Səs ver:
(səs: 0)
Təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvət torpaqdır. Torpaq bizim çörək amacımız olmaqla bərabər, həm də yaşayışımızın ibtidasını təşkil edir. Məhz buna görə də o, bizim üçün doğma, əziz və müqəddəsdir.
Torpaq vətən deməkdir. Tarix boyu torpaq üstündə ölüm-dirim döyüşləri olmuş, torpaq milyonları udmuş, milyonlarına öz döşündən süd vermişdir.
Hər şey torpağın üstündə bitir, torpağın yaratdığı sərvətlərdir. Bu sərvətlərdən, bəlkə də, birincisi meşələrdir.
Müdrik xalq məsəli var, deyirlər: «Meşə sudur, su məhsuldur, məhsul isə həyatdır». Elə günəş enerjisini də planetimizdə üzvi maddəyə çevirən yaşıl bitkilərdir, o cümlədən meşələrdir. Onların məhv edilməsi bulaqların, çayların qurumasına səbəb olur.
Təbiət bir ahəngdir, ritmlə döyünən həssas bir ürəkdir. Bəzən insan korkoranə hərəkət edərək bu ürəyi yaralayır, onun ahəngini pozur. Son dövrlərdə müxtəlif tikintilərin aparılması, təbii qazın şəhər və kəndlərə az verilməsi meşələrin qırılmasına, təbiətin ahəngdar ritminin pozulmasına səbəb olmuşdur. Lakin meşələr bizim hamımızın sərvəti, ana təbiətimizin bir hissəsidir. Böyük şairimiz M.P.Vaqif «Kür qırağının seyrəngahını», yəqin ki, meşələrsiz təsəvvür etməmişdir. Rus yazıcısı A.P.Çexov isə «Vanya dayı» əsərində meşənin estetik xüsusiyyətini belə qələmə almışdır: «Meşələr yer üzünü bəzəyən, gözəlliyi başa düşməkdə insana kömək edir, ona möhtəşəm xəyallar aşılayır». Böyük şairimiz S.Vurğun da çox gözəl demişdir:

Meşələr! Meşələr! Doğrudan da, siz,
Yayda da, qışda da bir baharsınız.

Meşələr bizim təbii sərvətimiz, Azərbaycanın yaraşığıdır. Ancaq çox təəssüf ki, biz bəzən bu gözəlliyin ahəngini pozur, onu korlayırıq. Yaz-yay aylarında meşələrə istirahətə gələnlər, burada dincələnlər, yaxud təbiətin dilbər guşəsinin seyrinə dalanlar bəzən meşəni elə günə qoyurlar ki, adam dəhşətə gəlir. Su verə-verə tüstüləyən yaşıl budaqlara, şiş kimi istifadə edilmək məqsədilə qırılmış çubuqlara, yerə döşəmək üçün yolunan qucaqqucaq yarpaqlara adam ürək ağrısı ilə baxır. Ətrafda qalaqlanan çörək qırıntıları, ərzaq tullantıları, konserv qutuları, boş butulkalar, qəzet parçaları istəristəməz baxanı əsəbiləşdirir, həyəcanlandırır. Meşələrimizin korlanmasında meşə işçilərinin də təqsiri çoxdur.
Təbiət gözəllikdir, qəlb oxşayan bir sərvətdir. Onu sevmək və qayğısına qalmaq lazımdır. Biz təbiətimizi, onun füsunkar bir hissəsi olan meşələrimizi nə qədər sevsək, onu nə qədər yaxşı mühafizə etsək, o da bizə o qədər qida və şəfa verəcəkdir.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 067
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri