Vətən yolunda canını fəda edənləri həmişə yad et! - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 1 474
Səs ver:
(səs: 0)
Artıq neçə illərdir ki, mənim doğma Azərbaycanım müharibə şəraitində yaşayır. Onlar bizim sakit həyatımıza birdən və qəflətən soxuldular, buna hələ də inanmaq olmur.
Bakı həmişə beynəlmiləl şəhər olub və burada müxtəlif millətlər sülh və əmin-amanlıq şəraitdə yaşamışlar. Yüzilliklər boyu yaşanan birgə həyat, heç vaxt qarşıdurmaya səbəb olmayıb. Bəs nəyə görə Dağüstü parkın yuxarı hissəsi Şəhidlər xiyabanına çevrilmiş? Vətən uğrunda tökülən qanları kim yuyacaq? Suallar, suallar, suallar... Bu suallar insanı sakit buraxmır, fikirləri cuşa gətirir, emosiyaları qızışdırır. Nə qədər ağır olsa da, artıq tökülmüş qan və günahsız insanların qətlə yetirilməsi tarixə qara səhifə kimi daxil olmuşdur. Azərbaycan xalqı faciəli günlərini yaşamaqdadır. Artıq neçə ildir ki, Vətənimiz müharibə şəraitdədir, insanlar qətlə yetirilir, qan tökülür, yüzminlərlə qaçqın hələ də öz yurdlarına qayıtmamışdır.
Əzəmətli Bakı şəhəri. Əbədi məşəlin şölələri Şəhidlər xiyabanının üzərində alovlanır. Al-qırmızı qərənfillər dəstəsi küləyin yüngülcə əsməsindən silkələnir. Hər gün minlərlə həmvətənlərimiz buranı ziyarət edərək onların xatirələrini dərin hüznlə yad edirlər. Başı bəlalar çəkmiş diyarımızda çoxlu sayda şəhidlər məzarı vardır. Biz müasir Azərbaycanın yeniyetmə və gəncləri, Vətən yolunda canlarını fəda etmiş oğul və qızlarımızın xatirəsini daim uca tutmalı və onlardan örnək götürməliyik.
Nəsil yeniləşdikcə, onun hər bir fərdi müharibə qəhrəmanlarımızı yaxından tanımağa çalışır, onların əyilməz vətənpərvərlik qüvvəsinin hansı çeşmədən qidalandığını duymaq istəyirlər. Şükürlər olsun ki, millətin yaddaşından heç kim və heç nə silinməyib. Yaddaş, yəni biz özümüzük, canlı yaddaş. Mərmər qəbir plitələri üzərində həkk olunmuş qəhrəmanlar haqqında biz daha nələri bilirik? Qəhrəmanlar və şəhidlər ölmürlər, onlar yazıçıların və şairlərin qələmi ilə daim yaşayırlar. Onlar haqqında mahnılar və marşlar bəstələnir. Şəhidlər yadelli işğalçılardan Vətəni azad etmək uğrunda, Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmişlər. Onlar getdilər və doğma vətənin torpağında əbədilik və ölməzlik izlərini qoyub getdilər. Və biz Qarabağ müharibəsinin canlı şahidləri kimi, azadlıq uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsini daim yad etməliyik.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 474
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri