Yaşadığım diyardan olan məşhur şəxsiyyətlər haqqında nə bilirəm - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 1 997
Səs ver:
(səs: 0)
Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyətlər olub. Onların hər birinin həyatı, yaradıcılıq yolu bugünkü nəslə örnək ola bilər. Elə şəxsiyyətlər ki, əməlləri tarixi hadisələrin gedişinə təsir göstərmişdir.
Sultanlar və şahlar, üsyançılar və inqilabçılar, sərkərdələr və məmurlar, rəssamlar və alimlər, heykəltaraşlar və həkimlər, şairlər və bəstəkarlar - bu insanlar Azərbaycan tarixini əyani surətdə təsəvvür etməyə imkan verir.
Biz elə xalqıq ki, böyük dahilər dünya miqyasında şöhrət tapan şəxsiyyətlər yetirmişik. Atropat, Tomris, Cavanşir, Babək, Bəhmənyar, Q.Təbrizi, X.Şirvani, Nizami... saymaqla qurtarmaz.
Bir anlıq Azərbaycan tarixini vərəqləyək. Azərbaycan tarixinə təlatümlü, qanlı-qadalı dövr kimi yazılmış XVIII əsr bir çox qəhrəmanlar, görkəmli dövlət xadimləri və sərkərdələr yetişdirmişdir.
Onlardan Şəki xanı Hacı Çələbi xan, İbrahim Xəlil xan qarabağlı, qubalı Fətəli xan, Gəncə xanlığımn son hökmdarı olmuş Cavad xan və başqaları öz məğrurluğu, əyilməzliyi ilə xalqın yaddaşında iz salmışlar.
XVIII əsr Azərbaycan ədiblərindən M.P.Vaqif yaradıcılığı o dövrün bədii salnaməsi hesab olunur. Şair siyasi fəaliyyəti ilə Azərbaycan xanlığını birləşdirməyə çalışırdı.
İlk Azərbaycan maarifçilərindən olan A.Bakıxanov Azərbaycan tarixinə görkəmli maarifpərvər, Azərbaycan tarixşünaslığının elmi əsaslarını qoymuş şəxs, filosof, alim, jurnalist, filoloq, astronomiya və coğrafiya kitablarının müəllifi kimi daxil olmuşdur.
M.Şəfi Vazeh Azərbaycan tarixində şair, mütəfəkkir və Azərbayan dilində ilk dərs vəsaiti tərtib etmiş maarifçi kimi özünəməxsus şərəfli bir yer tutur.
Azərbaycan dramaturgiyası, bədii nəsri, ədəbi tənqidi və publisistikasının banisi, Şərqdə milli azadlıq ideyalarının ilk təbliğatçısı, ictimai xadim, yazıçı, mütəfəkkir M. F.Axundzadənin adı Azərbaycan tarixində layiqli yer tutmuşdur.
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ictimai-mədəni həyatında H.Zərdabi xüsusi yer tutur. H.Zərdabi xalqın tərəqqisini maariflənmədə görürdü. Onun adı Azərbaycan peşəkar teatrının yaradıcılarından biri, Azərbaycan demokratik mətbuatının banisi kimi həmişə hörmətlə xatırlanacaqdır.
Artilleriya generalı rütbəsi almış azərbaycanlı zabit, müstəqil Azərbaycanın hərbi naziri və görkəmli sərkərdə Səməd bəy Mehmandarov Azərbaycan tarixində layiqli yerini tutmaqdadır.
Ə.Şıxlinski Azərbaycan tarixinə görkəmli sərkərdə, hərb nəzəriyyəçisi, ilk hərbi lüğətin müəllifi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradıcısı kimi daxil olmuşdur. Ilk hərbi jurnalımız «Hərbi bilik» dərgisini də o yaratmışdır.
H.Z.Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran ilk milli sənayeçimizdir. Xeyirxahlıq və fəzilət nümunəsi sayılan Tağıyev türk və müsəlman dünyasının ən tanınmış xeyriyyəçisi olmuşdur.
Azərbaycan xalqı o qədər inkişaf etmiş, hərtərəfli xalqdır ki, onun tanınmış şəxsiyyətləri haqqında günlərlə, aylarla yazsan qurtarmaq olmaz. Nəinki mənim kiçik bir şagird yazıma sığışdırmaq.
Mən belə bir diyarın övladı olmağımla fəxr edirəm. Biz şagirdlərin də üzərinə onların həyat və fəaliyyətini oxuyub öyrənmək və onların əməllərindən şəxsi nümunə kimi istifadə etmək düşür.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 997
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri