Yaxşı övlad olmaq nə deməkdir? - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 6040
Səs ver:
(səs: 0)
Övladı böyüdüb boya-başa çatdıran valideynlərdir - ata və anadır. Övlad evin, ailənin güzgüsüdür. Valideyn yeri gələndə övladı ilə dost, yeri gələndə ata-anadır. Övladın yaxşı olması ona verilən tərbiyədən asılıdır. Hər şeyin ibtidası gözəl tərbiyədir.
Birinci növbədə övladın tərbiyəsində hər iki valideyn - ata və ana iştirak etməlidir. Uşağın səhv hərəkəti ona başa salınmalıdır. övlad həmişə valideynin fəxridir, hər bir valideyn istər ki, övladı ilə fəxr etsin. Lakin bunu istəməklə olmaz. Bunun üçün çalışmaq lazımdır.
Hər bir övlad onu dünyaya gətirib, boya-başa çatdıran ata-anaya hörmət etməyi, qiymət verməyi bacarmalıdır. Övlad dərk etməlidir ki, bunlar onun valideynləridir və valideynin yeri övladın ürəyidir.
Valideyn bilməlidir ki, övladı hansı mühitdə böyüyür. Bu mühit sağlam mühit olmalıdır, yəni oturub-durduğu insanlar da ailə tərbiyəsi görməlidir. Valideynin çəkdiyi zəhmət qarşısında övlad da öz borcunu yerinə yetirməli, valideynlərinin qədrini bilməli, onların haqqını itirməməlidir.
Ata və anamızın bizim üzərimizdə olan haqqını heç bir şeylə ödəyə bilmərik. Çünki valideynin haqqını yalnız yaxşı övlad olmağımızla, həyatda yerimizi düzgün seçməyimizlə, vətənə və xalqa gərəkli övlad olmağımızla müəyyən qismini ödəmiş olarıq.
Hər bir övlad ata-ana qocalan zaman ona baxmalı, onun qayğısını çəkməlidir.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 6040
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri