Yoxsa da dünyanın ucu–bucağı, Hər yerdə istidir ana qucağı - İnşa

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 9 302
Səs ver:
(səs: 4)
Bu yazımda ana adının müqəddəsliyi haqqında söhbət açmaq istəyirəm. Bu adın özündə o qədər məğrurluq, əzəmət var ki hisslərim təlatümə gəlir, damarlarımda qanım coşur, ağır bir imtahan qarşısında olan kimi dərin məsuliyyət duyuram. Bu nəhəng qüvvənin qarşısında biz həmişə bas əyirik, ona səcdə edirik. Ana müqəddəsdir, ana ülvidir, ana əzizdir.

Belimin sütunu, gözümün  nuru
Aydan aridir o sudan da duru
Canimin atəsi,odu,qururu
Həyat ciragimin yagidir ana

Ana! Mehriban, doğma varlıq! Biz övladlar səndən gözlərinin işığını, gəncliyinin təravətini alırıq. Biz böyüdükcə sən qocalırsan, ay ana! Saçlarına dən düşür, mehriban çöhrəndə qırışlar yaranır. Bu qırışlar bizim yolumuzda çəkdiyin iztirab və həyəcanlarının izidir.

Gözümün nuru, canım ana!
Böyütdün sən bizi yana-yana
Qədrini el bilir ətrini gül bilir
saçının ağına, qarasına qurbanam
ömraman əsirin laylasına qurbanam

Körpə ikən ana qayğısına, ana nəvazişinə, ana əllərinin sığalına daha çox ehtiyac hiss edirik. Analarımız ağır dəqiqələrimizin ortağı, yuxusuz gecələrimizin keşikcisidirlər. Mehriban ana əli, ana siğalı bizim ağrılarımızı qiymətli həkim dərmanından daha tez, daha sehrkarlıqla sağaldır. Biz analarımızın qanadlı arzuları, biməz-tükənməz diləkləriyik. Ana arzularının qanadlarında biz səadətli, işıqlı günlərə gedir, dünyanın ən nadir xoşbəxtliklərinə, bəxtiyarlığına yetişirik.

Ana! Dünyada sənin ürəyin qədər geniş, sənin məhəbbətin qədər dərin bir məhəbbət təsəvvür etmək çətindir. Bəstəkarlar ürək titrədən mahnılarını, rəssamlar ən təsirli əsərlərini, şairlər ən qiymətli şerlərini sənə həsr edirlər.

Dünyada anadan şirin, anadan gözəl, anadan əziz varlıq təsəvvür etmək mümkün deyildir. Biz beşikdə yatdığımız zaman o bizim gələcək həyatımızı düşünür. Soyuq, boran olsa belə biz ananın mehriban və isti qoynunda yuxuya gedirik. Ayağımıza bir tikan batanda sanki ananın ürəyinə ox sancılır, qəlbi göynəyir, ağrımız ürəyinə qəbul edərək onu azaltmağa çalışır.

Mənim anam çox mehriban  və ağıllıdır. Mən anamı çox sevirəm. O mənim həyatım, varlığımdır.

Əlimdə olsa da, min bir işlərim,
Ana, yanında bir heç sanaram onu.
Mən qurban edərəm sənə hər şeyi,
Səcdənə gələrəm ömrüm uzunu!
(səs: 4)
Şərhlər: 2
Baxılıb: 9 302
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri