Kitab bilik mənbəyidir - inşa

Müəllif: Fialka
Şərhlər: 2
Baxılıb: 13667
Səs ver:
(səs: 13)
Elə bir insan yoxdur ki, ”kitabın xeyri nədir ?” sualına cavab verə bilməsin. Lakin çoxları bu sehrli əşyanın dəyərini bilmirlər.

Kitab insanın bəlkə də ən yaxın dostudur, əzizidir. Çox vaxt heç kimdən ala bilmədiyin məlumatları, sənə həyatda var olmaq üçün , düzgün yaşamaq və insanlarla münasibət qurmaq üçün lazım olan informasiyaları kitab verir. Hər bir insanın özünü dərk etdiyi gündən ilk dostu onun birinci kitabıdır.

Kitablar müxtəlifdir: dərs kitabları, bədii kitablar və. s .

Dərs kitabları ilə məktəbə gedən hər bir insan  tanış olur.

Hər bir bədii kitab isə bir insandır, bir insan taleyidir. Sən yeni  kitab oxuduqca  yeni insanla, insan taleyi ilə tanış olursan. Kitablarla tanış olduqca sən bir pillə qalxırsan və digər insanlardan üstün olursan.

Bununla bərabər ədəb-ərkan qaydalarını, gözəl maneraları öyrənmək üçün kitablara müraciət etmək olar. Kitabları oxuduqca insan oradakı ideala doğru addımlayır, özünü təkmilləşdirir, mənfi xasiyyətlərini unutmağa və pis vərdişlərdən əl çəkməyə çalışır. Məşhur  rus yazıçısı M. Qorkiy demişdir: "Məndə olan bütün yaxşı keyfiyyətlərə görə kitablara borcluyam”.

Müxtəlif informasiya mənbələrinin olduğu müasir dövrdə sanki, kitabların dəyəri azalmışdır. Gəlin, buna yol verməyək. Gələcəkdə sağlam, savadlı, mədəni nəsillərin yetişməsi üçün kitabları qoruyaq, onlardan səmərəli istifadə edək.
(səs: 13)
Şərhlər: 2
Baxılıb: 13667
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri