İngilis dili dərsləri (2. dərs)

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 3 445
Səs ver:
(səs: 1)

Keçən dərsdən öyrəndik ki, to be felinin 3 forması mövcuddur -- am/is/are Bu fellə sual cümləsini üzəltmək üçün am/is/are felləri cümlənin əvvəlinə keçir. Aşağıdakı misallarda aydınlaşdıraq:

 

am late. -- Am I late?

Your mother is at home. -- Is your mother at home?

Your parents are at home. -- Are your parents at home?

 

Yuxarıdakı misallardan da göründüyü kimi am/is/are feli cümlənin əvvəlinə keçir və cümlənin mübtədası ondan sonra gəlir. Digər cümlə üzvləri isə mübtədadan sonra gəlir. Mübtəda ilə birbaşa əlaqəsi olan təyin və tamamlıq mübtədadan əvvəl gələ bilər:

 

The red book is on the table. -- Is the red book on the table.

 

Where ... ? / What ... ? / Who ... ? / How ... ? / Why ... ? və s. sual əvəzlikləri işlənən sual cümlələrində ilk olaraq müvafiq sual əvəzliyi gəlir, daha sonra sual cümləsi yuxarıda yazılan qaydada davam edir. Sual əvəzliynin yönəldiyi cümlə üzvü sual cümləsində istifadə olunmur.

 

His mother is at home. -- Where is your mother? (Where is your mother at home? -- yox )

 

Bəzi hallarda sual əvəzliyi istifadə etmək üçün ondan sonra başqa bir sözün gəlməsi tələb olunur. Belə olan halda sual əvəzliyi, lazım olan söz və daha sonra adi söz sırası vasitəsilə sual cümləsi qurulur.

 

Their car is brown. -- What colour is their car?

 

What is adətən qısaldılaraq What'sWho is -- Who'sHow is -- How'sWhere is -- Where'sşəklində işlənir. Əlbəttə ki, digər qısaltmalar da istisna olunmur, sadəcə daha çox yuxarıda göstərilən qısaltmalardan istifadə olunur.

 

What's the time ?

Who's that man?

Where's Jill?

How's your father?

 

Am/is/are ilə verilən suallara sadəcə olaraq YES və ya NO ilə cavab vermək olmaz. Düzgün qısa cavab üçün aşağıdakı cədvəldəki formalardan istifadə etmək olar:

 

Tək - Singular
Cəm - Plural
Təsdiq - Positive
İnkar - Negative
Təsdiq - Positive
İnkar - Negative
Yes, I am.
No, I am not.
Yes, we are.
No, we are not.
Yes, you are.
No, you are not.
Yes, you are.
No, you are not
Yes, he/she/it is.
No, he/she/it is not.
Yes, they are.
No, they are not.

To go

İngilis dilindəki to go feli bir yerdən başqa bir yerə doğru hərəkət etmək, getmək mənası verir.

 

go to work by bike. -- (Mən işə velosipedlə gedirəm.)

My brother goes by car. -- (Mənim qardaşım maşınla gedir.)

We went to Paris last summer. -- (Biz bu yay Parisə getdik.)

Shall we go to the swimming pool today? -- (Biz bu gün üzgüçülük hovuzuna gedəciyik?)

 

Müəyyən bir yerə hər hansı bir nəqliyyat vasitəsi ilə və ya piyada gedə bilərik. Hər hansı bir nəqliyyat vasitəsi ilə gediriksə, sadəcə onun adını yaza bilərik.

 

Is this train going to Granada? -- (Bu qatarq Qranadaya gedir?)

 

Əgər piyada gediriksə onda to go felinin əvəzinə to walk felindən də istifadə edə bilərik.

 

We're walking to work this morning. = We're going to work on foot this morning. -- (Biz bu səhər işə piyada gedirik.)

 

To go felindən sonra sözönülər istifadə etsək, onda bu fel müxtəlif mənalar verir.

 

To go in (into) -- Tom went in (into) his room and shut the door. -- ( Tom öz otağına daxil oldu və qapını bağladı.)

To go out of -- Yuko went out of the house and into the garden. -- (Yuko öz otağından çıxdı və bağçaya getdi.)

To go up -- Rani was tired. He went up the stairs slowly. -- (Rani yorğun idi. O, yavaşca yuxarı mərtəbəyə qalxdı.)

To go down -- The phone was ringing. She went down the stairs quickly. -- (Telefon zəng çalırdı. O, tez aşağı mərtəbəyə düşdü.)

To go away -- He went away and left us alone. -- (O, çıxıb getdi və bizi tək buraxdı.)

To go back -- I'm going back home this evening. -- (Məb bugün axşam evə qayıdıram.)

 

Be going to birləşməsi isə çox vaxt gələcək planları ifadə etmək üçün istifadə olunur:

 

On Saturday Jane is going to visit her aunt. (Şənbə Ceyn öz xalasına baş çəkmək istəyir/baş çəkməyə hazırlaşır.)

On Sunday we're going to stay at home. (Bazar günü biz evdə qalmaq istəyirik/evdə qalmağıplanlaşdırırıq.)

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 445
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri