İngilis dili dərsləri (4. dərs)

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 2 858
Səs ver:
(səs: 0)

Sual əvəzliyi olmadan düzəldilən indiki davamedici zamanın sual forması ümumi sual cümləsi hesab olunur. İndiki davamedici zamanın sual formasını qurmaq üçün am/is/are köməkçi felləri cümlənin əvvəlinə keçir, daha sonra mübtəda və -ing şəkilçili fel, sonda isə digər cümlə üzvlərindən istifadə olunur:

Am
I
working?
Is
he
doing?
she
it
Are
we
going?
you
they


Are you feeling OK?
Is it raining?
Am I looking good?


Sual əvəzliyi vasitəsilə düzələn cümləsində isə sual əvəzliyi birinci gəlir daha sonra isə yuxarıda qeyd olunan indiki davamedici zamanın sual cümləsi ardıcıllığından istifadə olunur:


Why are you wearing a coat?
What's Paul doing?

İndiki davamedici zamandakı sualları bu halda istifadə edirik:


-- İndi baş verən hadisələr haqqında sual vermək üçün:

What are your parents doing?

-- Müvəqqəti hadisələr haqqında sual vermək üçün:

Are you staying in a hotel?

-- Dəyişən hadisələr haqqında sual vermək üçün:

Is the weather in your country getting better?

-- Yaxın gələcəyə aid planlar haqqında sual vermək üçün:

Are you going to the party on Friday?


İndiki davamedici zamanda olan sual cümləsinə iki yolla cavab vermək olar:

Qısa:

Are you going now? -- Yes, I am.
Is Paul working today? -- No, he is not.


Uzun:

Is it raining? -- Yes, it is raining.
Are your friends staying at a hotel? -- No, they aren't staying at a hotel.

 

To make feli

To make feli -- etmək, düzətmək, hazırlamaq mənasını verir. Çox zaman bu fel to do və digər fellərlə səhv salınır. Buna görə aşağıda to make feli ilə işlənilən ifadələri misal gətirəcək və digər fellərlə fərqini izah edəcik:


To make ilə işlənən ifadələr:

I'll make some tea / hot chocolate. -- Mən biraz çay / isti şokolad hazırlayacam.
I make breakfast / lunch / supper every day. -- Mən hər gün səhər yeməyi / lanç / şam yeməyi hazırlayıram.
The teacher's making a photocopy of documents. -- Müəllim sənədlərin surətini çıxardır.
He's making a film/video of the class. -- O, dərsi videoya çəkir.
The children are making a noise. -- Uşaqlar səs edirlər.
I made a mistake in the exercise. -- Mən çalışmada səhv etdim.
When I get up I make my bed. -- Yuxudan duranda mən yatağımı düzəldirəm.
I want to make an appointment with the doctor. -- Mən həkimin qəbuluna yazılmaq istəyirəm.

Aşağıdakı ifadələrdə isə to make felinin işlənməsi yolverilməszdir:

I have to do my homework. -- Mən ev tapşırıqlarımı etməliyəm. (I have to make my homework. -- yox)
I have to take / do an exam next week. -- Mən gələn həftə imtahan verməliyəm. (I have to make an exam next week. -- yox)
I'd like to take a photo of you. -- Mən sənin şəklini çəkmək istərdim. (I'd like to make a photo of you. -- yox)
After dinner I'll help you do the dishes. -- Şam yeməyindən sonra mən sənə qabları yumağa kömək edəcəm. (After dinner I'll help you make the dishes. -- yox)


İngilis dilindı to make somebody (feel) ifadəsi çox işlənir. Burada to feel feli həm işlənə, həm də işlənməyə bilər, lakin tərcümə zamanı ifadə təqribən eyni mənanı verir:

Going by train always makes me feel tired. -- Qatarla getmək məni həmişə özümü yorğun hiss etməyə vadar edir / Qatarla getmək məni həmişə yorur. 
My friend called me stupid. It made me angry. -- Dostum məni axmaq adlandırdı. Bu məni acıqlandırdı.
That film made me (feel) sad. -- Film məni məyus etdi. / Film məni özümü məyus hiss etməyə vadar etdi.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 858
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri