Coğrafiya dərsləri (Dərs 4)

Müəllif: Narın Yağış
Şərhlər: 2
Baxılıb: 2 757
Səs ver:
(səs: 0)
Yerin forması haqda ilk təsəvvürlər onu müstəvi şəklində təsvir edir. Homer (b.e.ə VIII əsr) Yerin hamar, Herodot (b.e.ə V əsr) isə oval formada olması fikrini söyləmişlər. Yerin kürə forması haqda ən qədim fikir Pifaqora məxsusdur. Pifaqorun fikrincə, təbiətdə hər şey harmonik mükəmməl və gözəl olduğu kimi, Yer də həndəsi cisimlərin ən mükəmməli olan kürəyə bənzəməlidir. Ay tutulmaları əsasında Aristotel Yerin kürə forması olması haqqında qəti fikir söyləmişdir. Eratosfen isə Günəş şüalarının düşmə bucağına əsasən Yerin kürə formasında olmasını qeyd etməklə yanaşı, ilk dəfə onun ölçülərini (Radiusunun 6310 km., çevrəsinin uzunluğunun 39500 km.) hesablamışdır.

Əl-Biruni (X-XI əsrlər) Yer ölçülərini daha dəqiq təyin etmiş, onun Günəş ətrafında hərəkət etdiyini söyləmişdir. Bu sahədə N.Tusinin də böyük xidmətləri olmuşdur.

İ.Nyuton Yerin tam kürə deyil, qütblərdən basıq olduğunu, yəni ellipsoid formasında olması fikrini söyləmişdir. Son dövrlərdə kosmik tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Yerin Şimal qütb sahəsi Cənub qütb sahəsinə nisbətən bir qədər qabarıqdır. Ürəyə oxşadığını nəzərə alıb onu kardioid adlandırmaq mümkündür. Lakin Yer heç bir həndəsi fiquru təkrarlamır və onun özünəməxsus forması var. Buna görə də onu geoid adlandırırlar.
Yerin forması və ölçüləri

1924-cü il Beynəlxalq sazişinə görə, Yerin ölçüləri belə qəbul edilib:
1.
Ekvator radiusu – 6378 km
2. Qütb radiusu – 6357 km
3. Yerin basıqlığı – 21 km
4. Ekvator çevrəsinin uzunluğu – 40076 km
5. Meridian ççevrəsinin uzunluğu – 40009 km
6. Yerin ümumi sahəsi – 510 mln. km2
7. Yerin su səthinin sahəsi – 361 mln. km2
8. Yerin quru sahəsi – 149 mln. km2

Qlobus Yerin kiçildilmiş modelidir. O, Yerin formasını daha dəqiq əks etdirdiyindən bütün coğrafi obyektlər Yer səthində olduğu kimi, özünəoxşar təsvir olunur. Ən qədim qlobuslar hələ qədim Yunanıstanda hazırlansa da, onların heç biri bizə gəlib çatmamışdır. Bəzi mənbələrə görə, ilk qlobusu eramızdan əvvəl III əsrdə yaşamış M.Krates düzəltmişdir. Şərqdə ilk qlobuslardan birinin Əl-Biruni tərəfindən hazırlanması məlumdur. Avropada hazırlanmış və dövrümüzə qədər gəlib çatmış qlobusun müəllifi M.Behaymdır (1492).
Yerin forması və ölçüləri

Tədris məqsədilə hazırlanmış qlobuslar miqyasına görə 3 yerə bölünür: 1:30 000 000 (böyük), 1:50 000 000 (orta) və 1:83 000 000 (kiçik) miqyaslı.

Yerin xəyali fırlanma oxunun Yer səthi ilə kəsişdiyi nöqtələr coğrafi qütblər (şimal və cənub) adlanır. Yer səthindən keçməklə coğrafi qütbləri birləşdirən ən qısa xəyali xətlər meridian (latınca- “günorta xətti”) adlanır. Günəşin zenitdə olmadığı nöqtələrdə şaquli dirəyin kölgəsinin ən qısa olduğu an (Günəşin üfüqdə ən yüksəkdə göründüyü an) Şimal yarımkürəsində kölgə düz şimal, cənub yarımkürəsində isə cənub coğrafi qütbünə istiqamətlənir. Meridian həmin anda kölgə ilə üst-üstə düşür. Hər bir nöqtədən meridian çəkmək mümkündür və bütün meridianların uzunluqları bir-birinə bərabərdir. 10 –lik meridian qövsünün uzunluğu 20004,5 km: 1800~111,1 km-dir.

1884-cü ildə London yaxınlığındakı Qrinviç rəsədxanasından keçən meridian Sıfırıncı və ya Başlanğıc (Qrinviç) meridian kimi qəbul edilmişdir.
Yerin forması və ölçüləri

Qlobusda Coğrafi qütblərdən eyni məsafədə çəkilmiş çevrə Ekvator (mənası “tənbölən”) adlanır. Ekvator Yer səthində çəkilə bilən ən böyük çevrədir. Qlobusda ekvatora paralel olaraq çəkilmiş çevrələr paralellər adlanır. Yerin kürəvi əyriliyindən asılı olaraq ekvatordan qütblərə doğru getdikcə paralellərin radiusu və uyğun olaraq 10-lik paralel qövsünün uzunluğu (km-lə) azalır.

10-lik parael qövsünün uzunluğu belədir:


00-lik paraleldə (ekvatorda) – 111,3 km
100-lik paraleldə - 109,6 km
200-lik paraleldə - 104,6 km
300-lik paraleldə - 96,5 km
400-lik paraleldə - 85,4 km
500-lik paraleldə - 71,7 km
600-lik paraleldə - 55,8 km
700-lik paraleldə - 38,2 km
800-lik paraleldə - 19,4 km
900-lik paraleldə (qütblərdə) – 0

Məsələ:
1)
Eyni meridian üzərində yerləşən A və B məntəqələri arasındakı məsafə 250-lik qövsə bərabərdir. Həmin məntəqələr arasında həqiqi məsafəni təyin edin.

Həlli: 10-lik meridian qövsünün uzunluğunun təqribən 111 km olduğunu bildiyimiz üçün:

10 – 111 km
250 - X km

X=(25x111):1=2775 km olduğunu hesablayırıq.

2)Bakı şəhəri 400 şimal paralelində yerləşir. Bakıdan Ekvatora və Şimal qütbünə qədər olan

Məsafəni təyin edin.
Həlli:
Bakı ilə Ekvator arasında 40 meridian qövsü var. Asanlıqla hesablablayırıq ki, bu məsafə 4440 km-dir. (40x111-4440). Bakı ilə Şimal qütbü arasındakı məsafə 900 - 400=500-dir. Onda Bakı ilə Şimal qütbü arasında Yer səthi üzrə məsafə 500 x 111 = 5550 km-dir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 757
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri