Şeytan onun gözündən öpüb dedi: ”Başına dönüm, hara gedirsən, SƏN HƏLƏ BİZƏ LAZIMSAN?..”

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 770
Səs ver:
(səs: 1)
Peyğəmbərimiz(s) bir gün səhabələrinə deyir:”Bilirsinizmi, elə adamlar var ki, Şeytan onların gözündən öpür...” Səhabələr təəccüb içində soruşur, ya Rəsulullah, bunlar necə adamlardır ki, Şeytan gözlərindən öpür?

Allahın Elçisi belə cavab verir:

“Şeytan yetkin yaşa çatmış, ancaq ömründə yaxşı bir iş görməmiş şəxsin gözündən öpür və ona xeyir-dua verir. Bunlar İslamdakı göstərişlərin heç birini yerinə yetirmədən həyatının xeyli hissəsini yaşamış, Yaradanının önündə başını yerə qoyub bircə kərə də səcdə etməmiş və yaxşı bir iş görməmiş insanlardır. Şeytan belə şəxslərdən o dərəcədə çox razıdır ki, onun yanında özünü o qədər xoşbəxt hiss edir ki, özü də ona yaxınlaşmağa çalışır. Və sanki ona deyir: “Həyatının ibadətsiz və yaxşı işlər etmədən yaşamış olduğun hər günü ilə mənə daha çox bənzəməyə başlayırsan...”

Peyğəmbər hədisinə belə davam edir: “Şeytan, qırx yaşını keçmiş və öz həyatında yaxşılıqdan çox pislik etmiş şəxslərin gözündən öpür. Əgər şeytan kimisə gözlərindən öpürsə, bu o deməkdir ki, o insanın işləri bərbaddır. Deməli, həmin insan elə bir həyat sürür ki, Şeytan ondan razıdır və Şeytan onun dostudur...”
Rəvayət olunur ki, bir dəfə müsəlman məmləkətlərinə hücum edən bütpərəst ölkələrdən birinin sərkərdəsi döyüş zamanı igid müsəlman döyüşçülərdən biri tərəfindən ölümcül yaralanır. Kafir sərkərdəni təcili olaraq aradan çıxardıb xəstəxanaya çatdırırlar. Bu sərkərdə o dərəcədə allahsız və zülmkar olur ki, nəinki müsəlmanlar, tabeliyində olan döyüşçülər də ona kəskin nifrət bəsləyir və bu səbəbdən onun ölməsini arzulayırlar...
Müsəlman döyüşçülər arasında ibadətlərini, savab işlərini axsatmayan birisi yuxuda görür ki, yaralanmış düşmən sərkərdəsi yataqda uzanıb və artıq can verir. Bu dəm qəflətən hardansa peyda olan buynuzlu və quyruqlu bir məxluq bütpərəst sərkərdəyə yaxınlaşıb əyilərək gözlərindən öpüb deyir:
”Ay başına dönüm, hara gedirsən, sən hələ bizə lazımsan?..”

Sərkərdə gözlərini açaraq Şeytanı dərhal tanıyır və ona sarılıb deyir:
”Nə buyurursan, ağam, qulluğunda hazıram”.

Şeytan: “Qalx ayağa və qılıncına sarıl. Sən hələ adamları yoldan çıxarmaq və müsəlmanları qətlə yetirmək vəzifələrini tamamlamamısan...”-deyə onun alnını sığallayır.
“Baş üstə, ağam!”-deyən kafir yanındakı qılıncına sarılır”...
Müsəlman döyüşçü yuxusunu yoldaşlarına danışır. Həmin vaxt Şeytan gerçəkdən eyni şəraitdə sərkərdə ilə görüşüb gözündən öpməklə onu sağalmağa təşviq edir. Və bir neçə gün sonra düşmən sərkərdəsi sağalıb ayağa qalxır. O, müsəlmanlar tərəfindən yaralanmasından sonra daha da əzazilləşərək tabeliyindəki əsgərlərə lap kəskin şəkildə zülm edir, eyni zamanda onları daha şövqlə bütlərə tapınaraq Şeytanın xidmətçisi olmağa təhrik edir. Əsgərlərin əksəriyyəti onun zülmündən bezsə də, çoxunun ona qarşı üsyan qaldırmağa cəsarəti çatmır və nəticədə, əksinə, onun dediyi kimi, bütlərə tapınaraq Şeytana sitayiş yoluna düşür, sərkərdənin qılığına girərək ondan rütbə, ənam və mükafatlar almağa çalışırlar...
Az öncə ölüm yatağında olan kafir sərkərdənin yenidən müsəlman məmləkətinə hücuma hazırlaşdığını eşidən döyüşçü yoldaşları bayaqkı yuxunu görmüş ibadətkar yoldaşlarından soruşurlar ki, bəs Allah nədən Şeytanın bütpərəst və zülmkar sərkərdəni ölüm yatağından qaldırmasına şərait yaratdı. Mömin dostları belə cavab verir:”Ona görə ki, o kafirin tabeliyində olan əsgərləri əksəriyyəti ona nifrət etsələr də, onun Allahın yoxluğu haqda söylədikləri yalanlara inanmasalar da, bir qarın çörək və həyatda qalmaq üçün, rütbə, vəzifə, ənam və mükafat üçün susdular və öz əməlləri ilə ona dəstək olaraq onun ustadı Şeytanın yolunu getdilər. Odur ki, Yaradan bəzən belə zalımların ömrünün uzanmasına şərait yaradır ki, onların tabeliyindəki insanları bir daha sınasın. Bəlkə aralarından kimsə ona qarşı çıxaraq Allah yolunu getməyə cəhd etdi?.. Əgər yenə də hamı susaraq belə zalımlara tabe olub Şeytan yolu gedirsə, o halda Allah onların da gözlərini Şeytana öpdürərək hamısını Cəhənnəm yolçularının cərgəsinə yazır...

Bu səbəbdən belə vəziyyətdə olmamaq üçün yaxşı işlər görməyə tələsmək lazımdır ki, yaşımızın artmasıyla paralel yaxşılıqlarımızın miqdarı da artsın. Bu, Qiyamət günündə ağırlıq və əhəmiyyətə malik olan əsl kapitalımız olacaq...

Rəsulullah(sallallahu aleyhi və səlləm) bu cür hədisləriylə bizləri həyatımızdakı günah sayının artırılması haqda xəbərdar edir. Və tövsiyə edirki, əksinə, həyatımızın hər günü yaxşılıqlarımızın miqdarı artmalıdır...

Hər birimiz özümüzü nəzərdən keçirək və hansı halda olduğumuzu, yaşadığımız illər ərzində hansı yaxşılıqlar etdiyimizi düşünək. Bəlkə günlərin birində hansımızınsa Şeytanın gözünü öpəcəyi biri olmaması üçün həyatında nəyisə dəyişdirmə vaxtıdır?..

Sultan Laçın
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 770
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri