Dəniz ulduzu

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 985
Səs ver:
(səs: 1)
Bir yazıçı yazı yazmaq üçün okean sahillərindən birinə getmişdi. Sahildə yazı yazmağı çox sevirdi. Çünki dəniz mənzərəsi və səsi onun başını tamamilə azad edir və özünü çox yaxşı hiss edirdi. Yazılarını adətən eyvanda dəniz mənzərəsinə tamaşa edə edə yazırdı.

İrəliləyən zamanlarda sahildə bir gənc gözünə sataşdı. Gənc səhərə qarşı sahildə rəqs edər kimi hərəkətlər edirdi. Və sonra bir şeyin fərqinə vardı. Gənc hər gecə hamı eyni saatda gəlir, saatlarla sahildə qəribə hərəkətlər edir və gedirdi. Müəllif artıq yazı yazmağı qoymuş hər gecə gənci izləyirdi.
Bir gecə yenə makinasını masanın üzərinə qoydu, bir fincan qəhvə alıb və yazısına başladı. Tam o sırada yenə gənc gəldi. Artıq marağı o qədər çoxalmışdı ki dözməyib sahilə gəncin yanına endi. Bir az yaxınlaşanda, gəncin sahilə vuran dəniz ulduzlarını okeana atdığını fərq etdi. Gəncə bunu niyə etdiyini soruşdu.

Gənc adam bir azdan suların çəkiləcəyini, əgər bunu etməsə, sahilə vuran dəniz ulduzlarının öləcəyini deyib. Yazıçı gözünü sahilə, ucsuz-bucaqsız qumlara çevirdi. Milyonlarla dəniz ulduzu sahili doldurmuşdu. Gəncin cəhdinin nə qədər də səmərəsiz olduğunu düşündü və öz-özünə gülümsədi.
Gənc adama, sahilə vuran milyonlarla dəniz ulduzunu göstərdi və "Hər gecə boşuna məşğul olursan. Bax sahildə milyonlarla var. Nə fərq edər ki"? Dedi.

Gənc, yerə əyilib, yerdən bir dəniz ulduzu götürüb, dənizə atdı. Və müəllifə qayıdıb, "Bax onun üçün fərq edib" dedi. O gecədən sonra sahildə, artıq iki adam rəqs edir kimi qəribə hərəkətlər edirdi.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 985
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri